adalet.az header logo
  • Bakı 19°C
31 Iyul 2015 20:56
7602
HADİSƏ
A- A+

Ağdaşda ev yandı

Ağdaşda fərdi yaşayış evlərində yanğın olub.

 

Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Ağdaş şəhərində vətəndaşa məxsus ümumi sahəsi 53 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 kv.m sahədə yanıb.

 

Hadisə zamanı ev sahibi tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.