GÖYDƏN GƏLƏN ADAMLAR

ƏBÜLFƏT MƏDƏTOĞLU
483227 | 2015-07-31 18:24

Diqqətin fərqli təqdimatı

… Artıq mətbuatgünü bizdən bir işıq məsafəsi geridə qaldı.Yəni ay da dəyişdi, gün də. Və biz bu uzaqlaşan tarixə istər-istəməz hərəmiz özbucağımız altında baxırıq. Kimi sevinglə, kimi həsədlə, kimi də kədərlə. Amma mən şəxsən həmin o günübir az düşüncəli, bir az ağrılı xatırlayıram. İstəməsəm də içimdə qalan o ağrı məni həqiqətən incidir. Bilirsiniz niyə?

Ola bilsin ki,kimlərsə fərqli düşünür. Belə qərar verə bilərlər ki, tədbirlərə dəvət, mükafat və s. olmadığından incikəm. Amma yox, gerçək budur ki, dostlarım,xüsusilə, sözə, mətbuata diqqətli olan dostların laqeydliyi məni incitdi. Zaman-zaman mən onları həmişəyanımda, içimdə görmüşəm. Və öyrəşmişəm ki, onlar bütün bu illər boyu məni həmişə Mətbuat günündə təbrik ediblər, telefonum susmayıb. Hər kəs xoşarzusunu bildirib, hətta bir az yekə çıxsada deyim ki, məni mətbuatda olmağımla qərurduyduğunu söyləyənlər də olub… Bax, bu vərdiş, bu gözlənti bu ilki Mətbuat günündə demək olar ki, cəmi bir-ikizənglə yekunlaşdı. Həmin dostlara ,xüsusilə Mərdan bəyə sonsuz təşəkkürlərimi çatdırıram…

Dostlar elə bilməsin ki, giley edirəm. Yox, sadəcə sözadamının nədən sındığını xatırladıram. Axıbiz daha çox diqqətsizlikdən qırılırıq, ağrıyırıq. Düşünürəm ki, bir telefon zəngi nə çox vaxt aparmır,nə də çox baha başa gəlmir. Bu sadəcə ürəksevindirir. Gəlin bu sevinci bir-birimizə çox görməyək. Axı bu dünyaçoxlarının dediyi kimi beş gündür, onun da neçəsi nəyə düşür, bir Allah bilir!..

Hə, deməli, sözdiqqətdən düşdü. Mövzu diqqət oldu. Və mən də elə həmin o günlərdə özümün də,ailəmində, doğmalarımın da diqqətində olan bir məqamınipucundan yapışdım. Təsəvvür edin ki, bütün həyatım boyu ağrı-acıyla, problemlərlətəkbaşına vuruşub böyütdüyün övladın xoş gününüyaşamaq nə deməkdi. Onun iştirakçısı olmaq, onun şahidinə çevrilmək insana hansı zövqu, hansı xoş anları bəxş edir. Yəqin ki, bunu təsəvvür edirsiniz.Ən azından hər bir oxucu həm də faktiki olaraq bir ailə deməkdir, bir ailənin təmsilçisi deməkdir.Bax, bu mənada mən ailəmizin bir üzvününhəmin o xoş anları necə yaşadığını, ağrı-acınınecə unutduğunu, problemləri bir andanecə gözünün ən dərin qatlarındansilib atdığını müşahidə edəndə Tanrıdan gələn sevincin gücünə,kəramətinə inandım və baş əydim. Gördüm ki,Allah sevindirəndə bəndə ən azından çiçəkkimi açılır. Onun içi üzündə-gözündə görünür. Bax, mən bu sevinci hər kəsə, bilgisayaran yazarından tutmuş oxucuya qədərhamıya arzu edirəm. Çünki həmin sevinci Allah verir. Allah isə hər şey deməkdir.Qoy hər şeyin ən gözəli hamımızın olsun.

Bax, o sevgiylədə bu misraları sizə ünvanlayıram.

Xoşbəxtlik tökülür baxışlarından,

Baxıram üzünə– ürəyim gülür!

İslanıb sevincin yağışlarından –

Yağıram gözümə, ürəyim gülür.

Səsində od-alov,səsində işıq,

Üstümə çilənirondan bir qaşıq

Sevinc görməmişdimbelə qarışıq –

Axıram izinə,ürəyim gülür.

Sən halal haqqını dadırsan indi,

Kədəri bir küncə atırsan indi.

Dünyada ən xoşbəxt qadınsan indi –

Baxıram üzünə, ürəyim gülür!

***

Bəli, bütün hallarda insanı yaşadan məqsəd, məramla yanaşı həm də diqqətdir.İstər ailədə olsun, istər çalışdığın kollektivdə,sənin yerin görünürsə, səni axtarırlarsa, sən yada düşürsənsə, deməli, yaşayırsan.Çünki ayaq üstə olub min ilin ölüsü kimiunudulanları o qədər görmüşəm ki!..

Hə, mən bütün məqamlarda diqqətin vacibliyiniyazmışam, demişəm və bu .gün də təkrarlayıram.Burada bir qəbahət də görmürəm. Ən azından ona görə ki, həyatımda həmişə nə qazanmışamsa mənə göstərilən diqqətin bəhrəsi olubdur. Onu dostlar da göstərib, tanşlar da, təsadüfiadamlar da, elə siz oxucular da. Bu gün dəevimdə çox qiymətli hədiyyə saxlayıram. Düzaltı il öncə, yəni 50 yaşımın tamamında üzünü heç vaxt görmədiyim, sadəcə telefonda bir-iki dəfə səsini eşitdiyim bir oxucum məni təbriketdi, daha doğrusu, cavan bir oğlan redaksiyayazəng vurub mənə bir hədiyyənin çatacağını söylədi. Görüşdük və o, bildirdi ki, özünü təqdim etməyən bir nəfər, daha doğrusu bir xanım bu hədiyyənisizin 50 yaşınıza hədiyyə edibdir. Doğrusu, bu gün də adını bilmədiyimvə mənim üçün sirli qalan həmin oxucu təkcə o diqqəti ilə mənə bütün yazdıqlarımın bir növü mükafatını verdi. Anladım vəhəm də sevindim ki, heç olmasa yazdıqlarım bir ürəyə yoltapa bilib. Demək, papağı günə yandırmamışam və indi gecəqondu evimin ən mötəbər yerində dayanmışhəmin o şahə qalxmış at büstü mənim birnövü həyat kredoma çevrilib. Bu at həm dəmənim üçün yaxşı günlərə, eləcə də həmingünlərin yaxşı yazılarına doğru gedən yolumunümidi, müradıdır!..

Deməli, biz bir-birimizədiqqət göstərəndə həm insanlıq missiyamızı yerinə yetirmiş oluruq, həm də o diqqətlə daha uğurlu, daha inamlı addımlar atırıq, yolumuzdan sapmırıq, məqsədimizdən yayınmırıq.Bu da o deməkdir ki, biz sabahı kədərli notlardakökləmirik. İçimizdə həmişə işıq oluruq.Əks halda, qaranlıq bizi boğar, bizi zülmət özünə doğru çəkər və biz onda ümidsizləşərik. Bax, mənim həmin o ümidsiz anlarımda yazdığımşeirdə olduğu kimi.

Məni kim ağlayacaq,

Özüm olmayanvaxt?!

Ayaqda saxlayacaq–

Dözüm olmayanvaxtı?!

Dərd çoxdu qısılmağa,

Yerd yoxdu asılmağa.

Gəlirsən qızınmağa

Közüm olmayanvaxtı.

Bir ümid bəsləyərsən,

Dünəni səsləyərsən.

Dinləmək istəyərsən,

Sözüm olmayanvaxtı…

***

Biz hər birimizayrı-ayrılıqda bir yolun yolçusuyuq. Toplum halında o yolun adın ömür yoludu. Və ən maraqlısıbudur ki, hamının keçdiyi o yolun standart,necə deyərlər bir qəlibdə ölçüsü yoxdur.O yol beş il də, on beş il də, yüz il də ola bilir. Və nəhayət, sonuncu dayanacaq və düşmək məqamı. Pafoslu desəm, yazıya nöqtə. Yəni yola «dur» işarəsi. Amma bir qəribəlik də var.Beş ili, on ili yüz il kimi də yaşamaq olur. Yüz ili beş il, onil kimi də. Amma bir məqam da var ki, cəmi-cümlətani barmaqsayı yaşanan ömrü yüzilliklərə dəcalayan var. Bunlar Allahın ən sevimli bəndələrivə əbədi yaşamaq haqqını qazananlardı. Məsələn, Nəsimi, Nizami, Füzuli, Sabir, Cavid,Səməd Vurğun, Müşfiq, Üzeyiir bəy və başqaları. Lap elə mənim gözümün önündə görüb səhnədə izlədiyim Maestro Niyazi! Yəni bu adamlar Allahın göydəngöndərdiyi və biz insanları daha da kamilləşdirmək üçün gələnlər idilər. Gəldilər, işlərini gördülər vəbir də qayıdıb getdilər gəldikləri ünvana. Bax, indi özünüz fikirləşin, bunu elə bu yaşımdamən dərk edirəmsə, onda niyə ən azından özümə, qarşımdakına hörmət etməyim, onadiqqət göstərməyim? Axı, mən gerçək faktlarısadaladım, göydən gələn adamlarınadını çəkdim. Bunları siz də bilirsiniz.Məndən xoşunuz gəlməyə bilər, hətta yazımıda oxumaya bilərsiniz, amma özünüzün özünüzə qarşı çıxmağa haqqınız yoxdur. Siz barı özünüz özünüzədiqqət yetirin. Onda kimliyinizi biləcəksiniz. Elə ki, kimliyinizi bildiniz, mütləqbaşqalarına da, elə mənim özümə də diqqət yetirəcəksiniz. Və…

Hə, bax bütünbunlar baş verəndə həmin o dediyim ömür yolumuzbir az maraqlı, bir az işıqlı, bir az ümidverici olacaq. Biləcəyik ki, bu yolu elə-belə günü, ayı başa vurmaq üçün ötüb getmirik,bu yola iz salırıq. Və bu izləri görənlər bizi xatırlayacaq. Ola bilsin, hətta kimsə bizim üçün ağlayacaq da…

Çək qapını astaca,

Bağla, səssiz-səmirsiz…

Deyim elə burdaca–

Ağla, səssiz-səmirsiz…

Bu dəlisov-dinci də

Sən incidə-incidə,

Ürəyinin küncündə

Saxla səssiz-səmirsiz!

Nə qurmuşuq, uçurma,

Hər baharda puçurla…

Misralarım pıçılda –

«Ah»la, səssiz-səmirsiz…

Hə, bütün bu yazdıqlarım, dediklərim yayın bu cırhacırında sizi hövsələdən çıxarsa ya özünüzü sərin bir yerə çatdırın, ya da bir bardaq buz kimi su tapıb çəkin başınıza. Mən isə bilgisayaryazarımızın istidən pörtmüş üz-gözünə baxa-baxayazıya yarımçıq nöqtə qoyuram, çunki söhbət diqqətdən gedir. Onun görkəmiartıq mənə diqqəti xatırladır. Əməl etməsəm, deməli, yazdıqlarıma özüm də inanmıram.


TƏQVİM / ARXİV