adalet.az header logo
  • Bakı 11°C
31 Iyul 2015 18:00
10650
DÜNYA
A- A+

Qış Olimpiya Oyunlarına bu ölkə ev sahibliyi edəcək

Malayziyanın paytaxtı Kuala-Lumpurda Beynəlxalq Olimpiya Komitəsinin sessiyası öz işinə başlayıb.Tədbirdə artıq 2 möhtəşəm yarışın ev sahibinin adı dəqiqləşib.

Belə ki, 2022-ci ildə keçiriləcək Qış Olimpiya Oyunları Çinin paytaxtı Pekinə həvalə edib. Pekin yekun səsvermədə Qazaxıstanın Almatı şəhərini geridə qoyub.

Sayca XXIV Ağ Olimpiada 4-20 fevralda, Paralimpiada isə 4-13 martda olacaq.

Sessiyada, həmçinin 2020-ci ildə keçiriləcək Yeniyetmələrin Qış Olimpiya Oyunlarını da təşkil edəcək şəhərin adı müəyyənləşib. Rumıniyanın Braşov şəhəri ilə mübarizə aparan İsveçrənin Lozanna şəhəri ev hüququna yiyələnib.

Qeyd edək ki, Pekin 2008-ci ildə Yay Olimpiya Oyunlarına da ev sahibliyi edib.