adalet.az header logo
  • Bakı 11°C
31 Iyul 2015 17:26
9248
GÜNDƏM
A- A+

Dikdaban ayaqqabı ilə maşın sürmək olar?

Bu günlərdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi çəkələklə maşın sürənlərə xəbərdarlıq edib. Həmçinin belə sürücülər barəsində sərt cəzaların tətbiq olunacağı qeyd olunub.


Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov AzVision.az-a açıqlamasında bildirib ki, DYP-nin yaydığı məlumatda cəzalandırmaqla bağlı məsələ yer almayıb. Orada bildirilir ki, çəkələklə avtomobil idarəetmək təhülkəlidir.

"Çəkələklə, ayaq geyimi olmadan və hündürdabanlı ayaqqabılarla avtomobil idarəetmək təhlükəlidir. Tövsiyyə olunur ki, bu cür avtomobil idarə etməyin. Amma buna görə hər hansı bir cəza, cərimə nəzərdə tutulmur”.

Son zamanlar DYP əməkdaşları sərnişin qismində əyləşən şəxsləri də təhlükəsizlik kəməri bağlamadığına görə cərimələyir. Bununla bağlı ekspert bildirib ki, 1976-cı ildən bu günə sərnişin üçün təhlükəsizlik kəmərinin taxılması məcburidir: "Əgər sərnişin kəməri taxmırsa, buna görə hazırda 30 manat məbləğində cərimə olunur. Bu, hamıya tətbiq olunmalıdır. Burada qeyri-adi heç nə yoxdur”.