adalet.az header logo
  • Bakı 18°C
31 Iyul 2015 16:22
12075
MƏDƏNİYYƏT
A- A+

Fəxrəddin Manafov teatra qayıdır

Tanınmış aktyor, xalq artisti Fəxrəddin Manafov yeni mövsümdən Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, F.Manafov xalq yazıçısı Elçinin "Cəhənnəm sakinləri" əsərində baş rolu oynayacaq.

Həmçinin, yeni mövsümdə xalq artistləri Fuad Poladov və F.Manafov eyni tamaşada çıxış edəcəklər.

Xatırladaq ki, xalq artisti F.Manafov uzun zamandır heç bir teatrda səhnəyə çıxmır.