adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
31 Iyul 2015 15:21
10009
MƏMLƏKƏT
A- A+

Vergi Apellyasiya Şurası hesabat verdi

Bu ilin birinci yarısında Vergilər Nazirliyi Vergi Apellyasiya Şurasının icraatında 14 müraciət olub. Bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 1 müraciət 2014-cü ildən qalıq qalıb, 13 müraciət isə 2015-ci ilin ilk 6 ayı ərzində daxil olub. Şuranın icraatında olmuş müraciətlərdən 8-i kameral, 3-ü səyyar vergi yoxlaması, 3-ü isə operativ vergi nəzarətinin nəticələri ilə bağlı olub.

Şuranın icraatında olmuş 14 müraciətdən 11-nə 2015-ci ilin birinci yarımilliyi ərzində Vergi Məcəlləsi, "İnzibati icraat haqqında” qanunun, "Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurası haqqında Əsasnamə”nin və digər aidiyyəti hüquqi aktların tələblərinə uyğun baxılaraq müvafiq qərarlar qəbul edilib, 3 müraciət isə 1 iyul 2015-ci il tarixinə qalıq qalıb. Həmin 3 müraciətdən 1-i üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması ilə bağlı olaraq Xarici İşlər Nazirliyi vasitəsilə Böyük Britaniyanın vergi orqanına sorğu göndərilib.

Şurada baxılaraq müvafiq qərarlar qəbul edilmiş 11 müraciətin 4-ü tam və ya qismən təmin edilmiş, 4-ü təmin edilməyib, 1-nin icraatına xitam verilib, 2-si isə baxılmadan saxlanılıb. Şura tərəfindən baxılmış 11 müraciətdən 10-u vergi ödəyicisinin təkrar şikayəti üzrə, 1-i isə vergi orqanının müraciəti üzrə olub.