Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edib
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Qaxda vətəndaşların qəbulunu keçirib.
Adalet.az-ın məlumatına görə, nazir iyulun 31-də Qax şəhərində Heydər Əliyev Mərkəzində Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarının sakinlərini, habelə həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşan məcburi köçkünləri qəbul edərək, onların müraciətlərini dinləyib.
Nazirliyin müvafiq strukturlarının rəhbərlərinin, rayonların Fövqəladə Hallar komissiyaları sədrlərinin iştirakı ilə keçirilən qəbulda müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdəki evlərin təmiri və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb.
Nazir vətəndaşların qaldırdıqları məsələlərin qanunauyğun və operativ həll edilməsi üçün əlaqədar qurumların rəhbərlərinə müvafiq göstərişlər verib.
Digər Xəbərlər
19 Aprel 2024 19:37
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06