adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
31 Iyul 2015 14:55
12747
KRİMİNAL
A- A+

Sabirabad və Biləsuvar sakinlərindən 6 kiloqramdan çox narkotik götürülüb

Sabirabad və Biləsuvar sakinlərindən 6 kiloqramdan çox narkotik götürülüb. 

Adalet.az-ın  Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonunda şəhər sakini Fərhad Mürsəlovdan 5 kiloqram 180 qram marixuana götürülüb.

Bundan başqa Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhərində şəhər sakini, əvvəllər məhkum olunmuş Etibar Ağayevdən isə 1 kiloqram 30 qram tiryək müsadirə edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.