adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
31 Iyul 2015 14:35
9843
İDMAN
A- A+

“İnter”ə qarşı oynamaq asan deyildi”

"Azarkeşlərə bizə göstərdiyi dəstəyə görə təşəkkür edirəm. Hesab daha da böyük ola bilərdi, ancaq bu nəticə də bizim üçün əlverişlidir. İlk saniyədən azarkeşlərin dəstəyini hiss etdik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq".

Qol.Az-ın yaydığı xəbərə görə, bu sözləri "Atletik"in futbolçusu Qorka Elustondo Avropa Liqasının üçüncü təsnifat mərhələsində Bakı "İnter"inə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

O, müdafiə olunan komandaya qarşı oynamağın asan olmadığını vurğulayıb:

"Buna baxmayaraq, iki qol vurduq və qapımızı toxunulmaz saxladıq.  Bu isə həmişə vacibdir. Eyni məqsədlə də Bakıya getməliyik".