adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 Iyul 2015 13:36
10687
SİYASƏT
A- A+

VHP keçiriləcək parlament seçkilərində iştirakla bağlı qərar verib

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasının növbəti toplantısı keçirilib.

 

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət və qarşıdan gələn parlament seçkiləri müzakirə olunub.

 

VHP sədri Sabir Rüstəmxanlı partiyanın bütün seçkilərdə iştirak etdiyini xatırladaraq, ölkənin demokratik inkişafı və vətəndaş cəmiyyəti üçün seçkilərdən başqa yol olmadığını deyib.

 

Müzakirələrdən sonra VHP-nin parlament seçkilərində partiya olaraq iştirakına yekdilliklə qərar verilib.