adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
31 Iyul 2015 13:07
12985
KRİMİNAL
A- A+

Rusiyada polis polkovniki evində öldürülüb

Ötən gecə Rusiyanın Kabarda Balkar Respublikasının Nalçik şəhərində rayon Polis Bölməsinin qərargah rəisi qətlə yetirilib.

Kabarda Balkar Respublikası Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, iki naməlum şəxs Çereksk rayon Polis Bölməsinin qərargah rəisi, polkovnik Kahir Quziyevin evinə daxil olaraq onu güllələyib.

Kabarda Balkar daxili işlər nazirinin əmri ilə şübhəli şəxslərin tutulması istiqamətində "Vulkan-4” planı üzrə kompleks əməliyyat-axtarış tədbirləri həyata keçirilir

Faktla bağlı cinayət işi başlanılıb.