adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
31 Iyul 2015 10:32
11926
MARAQLI
A- A+

Yer kürəsi məhvə doğru - Elmi Fakt

Mürəxəssislər bu il rekord istilərin olacağına dair xəbərdarlıq ediblər.

AzNews.azkeçən ilə aid ərtaflı hesabatda isə qlobal istilənmənin təsirinin dəhşətli səviyyələrə çatdığı göstərilib.

2014-cü ilin iqlim dəyişiklikləri ilə bağlı hazırlanan hesabatda, qlobal istilənmənin bütün dünyada, xüsusiylə hava şərtlərində və su səviyyəsində özünü göstərdiyi görülür.

Amerika Milli Okean və Atmosfer İdarəsi (NOAA) bütün dünyadan 413 elm adamından gələn son göstəriciləri toplayaraq hər il bu hesabatı hazırlayır.

Bu ilki hesabatdakı göstəricilər isə öncəkilərdən daha qorxuducudur. Hesabata görə dünya, rekord istilik, rekord su səviyyəsi, daha çox isti günlər, daha az soyuq gecələr, artan qasırğalar, inanılmaz səviyyəyə çatan çirklənmə və sürətlə əriyən buzlarla qarşı-qarşıya qalıb.

288 səhifəlik hesabatdan 6 əsas maddə:


1 - İstilik səviyyəsində yeni rekord

4 ayrı məlumata görə 2014-cü il tarixin qeydə alınmış ən isti ili olub.


2 - Dəniz səviyyələri də record səviyyəyə yüksəlib

Dəniz səviyyələri də orta hesabla son 20 ildə 3,2 millimetr sürətlə yüksəlməyə davam edib. Ən dəhşətlisi isə budur ki, dnyanın ən böyük 10 şəhərindən 8-I dəniz sahilində yerləşir.


3 - Buzlaqlar 31 ildir durmadan azalır.

Bu isə qlobal istilənmənin ən bariz nümunəsi hesab edilir. Ən qorxulusu isə ərimə sürətinin hər daha da artmasıdır.


4 - İsti günlərin sayı, soyuq gecələrin sayından çoxdur.


5 - Atmosfer rekord həddə sənaye qazılarıyla dolur.

İnsanlar qalıq yanacaqdan istifadə edərək Sənaye İnqilabından bu yana atmosferdəki karbondioksidin miqdarını yüzdə 40-dançox artmasına səbəb olublar.


6 - Okeanlar fövqəladə səviyyədə istilik çəkir

Okeanların yer kürəsinin quru hissəsindən daha çox istilik saxlaması dəniz səviyyələrinin yüksəlməsinə, buzların əriməsinə və mərcan qayalıqlarının və balıq nəslinin kəsilməsi kimi bir çox dəhşətli nəticələrə səbəb olur.

AzNews.az