adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

GÖZüNüZƏ SU VERiN

OQTAY SALAMOV
24685 | 2012-06-15 07:56

   
   Bu ifadənin niyə məhz bu şəkildə işlədilməsini bilmirəm, amma başqasında olanı sizdə görməyəndə deyirlər ki, "gözünüzə su verin". Deyəsən elə yaxşı mənada da, pis mənada da . İndi bir neçə fakt söyləyəcəm ki, gözünüzə su verəsiniz...
   
   30 nəfərlik xilasedicilər, montajçılar, inşaatçılar, yanğınsöndürücülər və polislər komandası 19 yaşlı Corcia Devisi hospitala çatdırmaq üçün əməlli-başlı qan-tər töküblər. Məsələ bundadı ki, qızın çəkisi 400 kiloqram idi.
   
   Xilasedicilər kottejin iki divarını və pəncərəsini sökməli olublar ki, boyu 167, 6 santimetr, çəkisi də 400 kilo olan xanımı evdən çıxara bilsinlər. Polis əməkdaşları ətrafdakıların diqqətini çox cəlb etməmək üçün küçəni bağlayıb və qızın evini brezent lövhələrlə tutublar.
   
   Hadisə yerində növbə çəkən polis zabiti deyir ki, qıza kömək etmək "ağzıayırıqlar üçün şou" deyildi axı.
   
   Corcianı daşımaq üçün inşaatçılar xüsusi konstruksiya düzəldiblər. Hətta kran da çağırıblar, amma sonda o lazım olmayıb.Yerli sakinlər deyirlər ki, xilasetmə əməliyyatı səhər saat 9-da başlayıb axşam saat 17-də bitib. Qızın diaqnozunun nə olduğu bildirilmir, amma belə fikir yürütmək olar ki, izafi çəki onun daxili orqanlarının işin pozubg
   
   Berbenkdə (ABŞ. Kaliforniya ştatı) faciəvi kuryoz baş verib. Gecə küçələrin birində avtomobil piyadanı vurub və o hadisə yerindəcə keçinib. Hadisənin qurbanı bu yaxınlarda 101 yaşı tamam olmuş Otto Yensen olub. Şəhərin ən yaşlı sakini olan Yensen cavanlığında tanınmış boksçu olub. Son 60 ildə fotostudiyası olub və ictimai fəaliyyətlə məşğul olub.
   
   Yenseni vuran maşının rulu arxasında 91 yaşlı qadın oturubmuş. Polis onu həbs etməyibg
   
   Xərçəng xəstəliyinin öyrənilməsi üzrə Beynəlxalq agentliyin (MAİR) mütəxəssisləri bu nəticəyə gəliblər ki, hərəkətsiz həyat tərzi 2030-cu ildə dünyanın üçüncü ölkələrində xərçəng xəstələrinin 75 faiz, ümumiyyətlə onkoloji xəstəliklərin sayı isə 90 faiz artacaq.
   
   Tədqiqatçılar 2008-ci ildə 184 ölkənin göstəriciləri əsasında xəstəliklərin statistikasını araşdırarkən əhalinin sayı, orta ömür səviyyəsi və ölkənin inkişaf səviyyəsini nəzərə alıblar. Onların fikirlərinə görə, Hindistan, Pakistan və bir neçə Afrika ölkələri risq zonasındadır. Çünkig onlarda həyat səviyyələri yaxşılaşmaqda, yüksəlməkdədir.
   
   Proqnozlara əsasən, 2030-cu ildə xərçəng xəstələrinin sayı 22,2 milyon nəfərə çatacaq. Müqayisə üçün- 2008-ci ildə onların sayı 12,7 milyon nəfər olub. Artımın səbəbləri piylənmə, zərərli ərzaqlardan istifadə, siqaret çəkmək, aşağı fiziki aktivlik və ggəlirlərin artmasıdır.
   
   "The Sunn" qəzeti doktor Freddi Breyin sözlərinə əsasən yazır ki, " Bir çox gəliri həddən artıq olan ölkələrdə xərçəng ölümün əsas səbəbi olur. Yaxın bir neçə onillikdə dünyanın hər bir ölkəsinin ölüm faizində xərçəng əsas səbəblərdən biri olacaq". Doktor dediklərinə əlavə edib ki, xərçəngin azaldılması üçün "qlobal ölçülər götürülməsi zəruridir".
   
   İllinoysda olan Şimal-qərb universitetinin kardiologiya kafedrasının müdiri professor Yensinin (Lap yuxarıda maşın altında qalmış kişinin soyadı- Yensen yadıma düşdü) bəyanatında deyilir ki, adamlar yeddi sadə qaydaya əməl etsələr, ən azından 100 il yaşaya bilərlər. Əsas məsləhətlər arasında ilk yeri düzgün qidalanma və sağlam həyat tərzinə əməl etmək tutur. Bunlara əməl etməklə ömrü 40-50 il artıq yaşamaq və sağlam ürəklə yaşamaq, insultdan qaçmaq, bir çox xroniki xəstəliklərdən, o cümlədən xərçəngdən qaçmaq şansı verir.
   
   Buyurun, gözünüzə su verin, kimlərin etdiklərini etməməklə, kimlərinsə etmədiklərini etməklə ömrünüzü uzatmaq və sağlam yaşamaq mümkündür!...

TƏQVİM / ARXİV