DÜNYANIN ƏN YAXŞI ADAMI

FAİQ QİSMƏTOĞLU
84403 | 2015-07-30 17:44

Bilmirəm, onunmayası halallıqdan yoğrulubmu, içdiyi su, yediyi çörək təmizdirmi, udduğu hava safdırmı? Bəlkə elə buna görə dəƏjdər kişinin oğlu Daşdəmirçoxlarından fərqlənir. Bulaq suyu qədərtəmiz, göy üzü qədər şəffaf olan buinsanın o qədər böyük ürəyi var ki,o böyük ürəkdən dostlarına,tanışlarına, onu sevənlərə həmişə işıq, nur paylanıb.

İnsan bu qədər sadə olarmı, bu qədər təvazökarlıq edərmi?Hamıya əl tutar, kasıb canıylaçoxunun xeyir-şərinə yarıyar, ancaq birdəfə dilinə gətirməz ki, mən filankəsəbelə kömək elədim. Sadəcə olaraq susar vəçöhrəsində nur yaranar. Ağ saçlarıona bir gözəllik gətirir. Ammazarafat deyil, Daşdəmir bizimgözümüzün qabağında, bizimqarşımızda bu saçları ağardıb. Bəzilərinin saçı ağaranda ürəyinə qəm düşür, deyir ki, saçım ağardı.Amma Daşdəmir heç özü də bilmədi ki, busaçı nə vaxt ağardı və niyə ağardı?!

Daşdəmir Əjdəroğlunun50 yaşı tamam olub. Başım o qədərqarışıq oldu ki, zamanında onu təbrik edəbilmədim. Amma gec də olsa ürəyimdədolub qalan səmimi sözlərimi və duyğularımı onaçatdırmaq istəyirəm. Çünki bu sözlər mənim qəlbimi, ürəyimi dəlib deşir. Yubileydən xeylivaxt keçsə də gecikmiş olan bu yazınıbilgisayara diktə edirəm.

Və gözümün qabağına1990-cı ilin 26 iyulu gəlir. Həmin günü Aqil Abbas, Babək Yusifoğlu, LətifSüleymanlı, Rəşid Hüseynov, Daşdəmir Əjdəroğlu və digərləriilə biz "Ədalət"in ilknömrəsini hazırlamışıq. İlk nömrəninsevinci indiyə qədər yadımdan çıxmır. Həmin günü sankibiz lotereyada "Volqa" udmuşduq. Sevincimizdən ağlayırdıq. RəşidləDaşdəmirin əlləri "qoryaçiy sex" deyilən yerdəbiləyə qədər qapqara olmuşdu.Amma bu bizə o qədər şirin və doğma gəlirdiki, hər şeyi unutdururdu. Çünki həmingünü "Ədalət" dünyaya gəlmişdi...…

Daşdəmir Əjdəroğluilə uzun müddət "Ədalət"də biryerdə külüng vurmuşuq. Heç kimə bənzəməyənxasiyyəti, səmimiyyəti ilə həmişəseçilib. Nə kimdənsə bir şey umub, nə də pay istəyib. Kimə yaxşılıq eləyibsə,təmənnasız edib. Çünki Daşdəmir İsmayıllınınBasqal kəndində Əjdər kişinin ocağında dünyaya göz açıb. O ocaq isə həmişəhalallığa, təmizliyə və saflığa söykənib. Daşdəmirgildə nənəsi rəhmətə gedəndə Məhəmmədəli Mustafa ilə olmuşam. Onda da deyəsənyasa gecikmişdik, Daşdəmir evdə yox idi.Amma Əjdər kişi və Daşdəmirin rəhmətlik anası əldən-ayaqdan gedirdilər. Az qalagözlərinin yağını bizə yedirtmək istəyirdilər. İki daşın arasında süfrə açdılar, isti xörəkbişirdilər və stolun üstə qoydular. Zorla bizi yedirib-içirdilər, sonra da yola saldılar.

Bax, Daşdəmirbelə bir ocaqda, belə bir evdə böyüyübboya-başa çatıb. "Azərbaycan" nəşriyyatında çoxlu jurnalistlərçalışır. Lakin Daşdəmir kimi təmiz, safvə insanlara təmənnasız yaxşılıq edənadamları barmaqla saymaq olar. Daha doğrusu, Daşdəmir dünyanın ənyaxşı adamıdır. Kimsəsizlər, arxasızlar,iş tapa bilməyənlər Daşdəmiri axtarıb və Daşdəmir də onların qabağına düşüb redaksiyalarda işə düzəldib. Düzdür, eləsivar Daşdəmirin zəhmətini itirib. Haqq-əməyiniunudub, amma Daşdəmir elə cılız vəhər sözü böyüdən adam deyil. Biri də onu başa düşməyəndə o çox səbirlə və soyuqqanlı halda deyir, mən əlimdəngələni elədim, özü bilər, bir də Allahı.

İstedadına, zəhmətkeşliyinəvə təmizliyinə söz ola bilməz. Bizim qəzetdən sonra uzun müddətdir "Azərbaycan"qəzetində məsul katibin müavini vəzifəsində çalışır. Gözəl yazıları, publisist məqalələri ilə özününçoxsaylı oxucularını həmişə sevindirib vəsevindirir. Bir də görürsən ki, 4-cü mərtəbədə Daşdəmir kiminləsə söhbət eləyir, o dəqiqə dalağım sancır ki, həminadam çətinə düşüb. Heç kim kömək eləyəbilməyib və Daşdəmiri axtarıb tapıb. VəDaşdəmir də ona bir yol göstərir...

O, çətin günün,ağır günün və sıxıntılı anlarındostudur. Ən çətin anlarımda, ən sıxıntılıməqamlarımda Daşdəmiri yanımda görmüşəm. Elə oldu ki, altı ayda iki dəfə ağır cərrahiyyə əməliyyatı keçirdim. Hər iki əməliyyatdan sonra DaşdəmirAraz Süleymanovla bazarlıq eləyib evimə gəlmişdi. Mən də onu qınadım ki, sən kasıb adamsan, nə olub ikidaşın arasında xərcə düşüb bazarlıq eləmisən.Elə quru ayağınla gəlib ziyarət eləyəydin bəsim idi.

Daşdəmir Əjdəroğlu tək mənim deyil, çox dostların yaxşı və ağırgünündə yanında olub. Bir dəfə salamverdiyi adamlar ona toy dəvətnaməsi verəndə bizim kimi qanı qaralmayıb, qaşlarıda düyünlənməyib. Sifətində təbəssüm yaranıb və hardan olsa pul tapıb həmin adamıntoy məclisində iştirak edib.

Bəlkə də bu nəşriyyatda Daşdəmir qədər dostu olan adam yoxdur. Çünki Daşdəmir Əjdəroğlu yazımızın əvvəlində qeyd elədiyimiz kimi, özüboyda bir gün işığıdır, dünya boyda biraləmdir. Və həmişə də onun qəlbindən, ürəyindən süzülən işıq, ətrafdakılarınyolunu işıqlandırıb.

Allah-Təala DaşdəmirƏjdəroğlunu çox istəyir, belə ki, prezident İlham Əliyevin sərəncamı iləüç il bundan əvvəl jurnalistlər üçün tikilən binadan ona da üçotaqlı mənzil verilib. Elə bu Daşdəmirinböyük ürəyinin, bulaq kimi dupduru olmasının bəhrəsidir. Daşdəmir özmükafatını Allah-Təala və cənab prezident tərəfindən alıb. Bircə o evdə birşey çatmır. Onu da mənim qardaşım Daşdəmir Əjdəroğlu çox yaxşı bilir. O da olandan sonra o evin, oocağın nuru daha da güclü olacaq...



TƏQVİM / ARXİV