adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Iyul 2015 12:37
12524
ƏDƏBİYYAT
A- A+

Bakıda IV Beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək

Sentyabrın 16-dan 18-dək  IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək. Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) təşkilatçılığı Əl Oyunları İdman Sarayında baş tutacaq sərgidə AYB yeni nəşr etdiyi kitablarla təmsil olunacaq.

Qeyd edək ki, AybKitab layihəsi çərçivəsində indiyədək 16 kitab işıq üzü görüb.  

Sərginin keçirilməsində məqsəd əhalinin asudə vaxtını səmərəli keçirməsi, cəmiyyətdə mütaliənin təbliği, mütaliə vərdişlərinin inkişaf etdirilməsi, kitabxanalara ictimai marağın artırılmasıdır.