adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Iyul 2015 11:38
13591
ƏDƏBİYYAT
A- A+

Musa Yaqubun sentyabrda kitabı çıxacaq

Şair Musa Yaqubun sentyabrda kitabı çıxacaq. Bu barədə şair özü Axar.az-a  məlumat verib. Yeni şeirlərdə də təbiətə müraciətin olduğunu deyən şair çağdaş Azərbaycan ədəbiyyatında təbiət təsvirlərinin getdikcə sıradan çıxmasını qınayıb: "Ümumiyyətlə, şeirin mövzusu müəllifin ilhamından asılıdır. Təbiətə o vaxt müraciət edirsən ki, sözünü onunla tamamlamaq istəyirsən. Müasir poeziyada belə bir fikir var ki, güldən-çiçəkdən yazmaq vaxtı keçib. Düz deyirlər, amma mən güldən-çiçəkdən yazmamışam, təbiətdən vasitə kimi istifadə etmişəm. Bəs sən əgər təbiətin adını çəkməyəcəksənsə, ona müraciət etməyəcəksənsə, ondan bədii vasitə kimi bəhrələnməyəcəksənsə, o, şeir ola bilməz axı. Sən bir şair olaraq təbiətdən istifadə etməyə məcbursan. Məsələn, "İnsanlar da ağaclar kimidir, çaylar kimidir, isti-soyuq kimidir, hava kimidir”. Yeni, çap olunmamış şeirimin bir bəndi belədir:   

Mən də yaranmışam, mən də bitmişəm, 
Demirəm, yaşayıb kama yetmişəm. 
Demirəm, dünyada həmişəliyəm, 
Sevgidə bir topa bənövşəliyəm”.