adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Iyul 2015 22:08
12644
HADİSƏ
A- A+

FHN əməkdaşları iki nəfəri xilas etdi

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yevlax şəhərində 1 nəfərin çayda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3000 m aralı, nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. 


Adalet.az nazirliyin saytına istinadən xəbər verir ki, vətəndaş FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 17:00-da başa çatıb.

 

Oxşar hadisə Bakıda da qeydə alınıb. Sabunçu rayonunda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilib. Əməliyyat saat 17:10-da başa çatıb.