adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Iyul 2015 18:32
11658
ƏDƏBİYYAT
A- A+

Aqata Kristinin zəhərli yeməkləri təqdim olunacaq

Aqata Kristinin əsərlərinin motivləri əsasında yaradılan "Kremlər və cəzalar” ("Creams and Punishments”) adlı kulinariya kitabı 2015-ci ilin sentyabrında detektivlər kraliçasının 125 illiyi şərəfinə təşkil ediləcək festivalda britaniyalılara təqdim olunacaq. Kitabda Kristinin hekayə və romanlarının qəhrəmanlarının zəhər qatdığı yeməklərin reseptləri toplanıb. 

Toplunun müəllifi fransız yazıçısı Anna Martinettidir. O, tədbirlərdə nəinki yeməklər haqqında danışacaq, hətta onların necə hazırlandığını (zəhərsiz) da göstərəcək və dadına baxmaq üçün qonaqlara təklif edəcək.  

Kulinariya nümayişi Kristinin Torkidə yaşadığı evdə keçiriləcək. Festivalda xüsusən "Qətl elan edilmişdir” romanından şokoladlı tort və "Kədərli sərv” əsərindən balıq yeməkləri təqdim olunacaq. Adı çəkilən əsərlərdə həmin yeməklərə strixnin qatılmışdı. 

Zəhər – Kristinin əsərlərində qətlin ən çox sevilən vasitəsidir. Yazıçı İkinci Dünya savaşında könüllü tibb işçisi işlədiyindən kimyəvi vasitə və dərmanlardan yaxşı baş çıxarırdı. Yazıçı 80 roman və hekayələr toplusu, eləcə də 19 pyes yazıb və bu əsərlər dünyanın 70 dilinə tərcümə edilib. Bəzi məlumatlara görə, onun əsərlərinin tirajı yalnız Bibliya və Şekspirin əsərlərinin tirajından geri qalır. Detektivlər kraliçasının bir çox əsəri ekranlaşdırılıb. (Axar.az)