adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Iyul 2015 17:39
4138
ƏDƏBİYYAT
A- A+

Məşhur yazıçının arvadı məhkəməlik oldu

Dünya ədəbiyyatı hazırda klassik əsərlərin yenidən yazılması problemi ilə məşğuldur. Son dövrlərdə təqlid yolu ilə yazılan əsərlər problemləri də özləri ilə gətirir. Bu əsərlərin mətnlərarası əlaqəsi, müəllif hüquqları və qanuni tənzimləmələr narazılıqlar yaradır. Getdikcə sayı artan "klassikləri yenidən yazma” hadisəsinə yeni bir əsər – Xorxe Luis Borxesin məşhur "Əlif” əsəri əsasında yazılan "Gonbul Əlif” ("El Alef Enqordado”) əsəri də əlavə olunub. 

Argentinalı yazıçı Pablo Katçadia 2008-ci ildə yazdığı və 200 tirajla nəşr edilən bu kitaba görə əsər oğurluğunda günahlandırılıb. Gənc yazarın öz sözü ilə desək, "dost-tanışa paylamaq üçün” yazılan bu əsər onu həbsə göndərə bilər. Borxesin həyat yoldaşı Mariya Kodamanın şikayəti ilə başlayan məhkəmədə Katçadianın mülkiyyəti dondurulub. Beynəlxalq Yazarlar Birliyi PEN ilə Argentina PEN şöbəsi gənc yazarın cəzasının yüngülləşdirilməsi üçün kampaniyaya başlayıb. Katçadian kitabında əsərin "genişləndirilmiş bir sınaq” olduğunu yazsa da, Argentina qanunlarına görə, fikir mülkiyyətindən icazəsiz istifadə etməyin cəzası bir aydan altı ilə qədər həbsdir.  (Axar.az)