adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
29 Iyul 2015 16:26
10481
SAĞLAMLIQ
A- A+

Onkoloqlardan xəbərdarlıq!

Jenşenin tərkibində insan orqanizminə yaxşı təsir göstərən çoxlu faydalı maddələr olsa da, bu bitki tərkibli bəzi bioloji əlavələr orqanizmdə, o cümlədən sidik kisəsində onkoloji xəstəliklərin inkişafına səbəb ola bilər. Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə onkoloqlar xəbərdarlıq edirlər. Bu bitkinin xərçəngin inkişaf riskinə nə dərəcədə təsir göstərdiyi hələlik tam öyrənilməyib. Amma riskin olduğu məlumdur. Ona görə də, tibb işçiləri istənilən dərman vasitəsinin təyin edilməsindən əvvəl müalicə aparan həkimlə məsləhətləşməyi tövsiyə edirlər. 

Hələlik digər ölkələrlə müqayisədə Çin üzrə statistik məlumatlar var. Çində sidik kisəsinin xərçənginə iki dəfə çox rast gəlinir. Bununla belə jenşen Çində xalq təbabətində ən geniş yayılmış vasitələrdən biridir.