adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Iyul 2015 16:09
4029
ƏDƏBİYYAT
A- A+

Məşhur dedektiv yazıçı vəfat edib

Amerikalı məşhur dedektiv yazıçı Ann Rule 84 yaşında vəfat edib. "CNN Türk” kanalının məlumatına görə, 1931-ci ildə ABŞ-ın Miçiqan ştatında doğulan A.Rule Vaşinqton Universitetinin psixologiya, kriminologiya və yazıçılıq fakültəsini bitirib. Setl Polis İdarəsində əmək fəaliyyətinə başlayan A.Rule yazıçı kimi karyerasına 1969-cu ildən "Həqiqi dedektiv” (True Dedective) jurnalında silsilə yazılarla çıxış etməklə qədəm qoyub. 

Yazıçı 1980-ci ildə qələmə aldığı "Yanımdakı əcnəbi” (The Stranger Beside Me) adlı ilk kitabında cinayətkar aləmin məşhur simalarından olan Ted Bundinin həyatından bəhs edib. O, dedektiv janrda 30-dan çox kitabın müəllifidir.