adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
29 Iyul 2015 13:48
4432
ƏDƏBİYYAT
A- A+

İstanbul Kitab Festivalının fəxri qonağı açıqlandı

Bu ilin 7-15 noyabr tarixlərində İstanbulda keçiriləcək Kitab Festivalının fəxri qonağı Rumıniya olacaq. Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, TÜYAP (Tüm Fuarcılık Yapım) və Türkiyə Yayınçılar Birliyinin birgə həyata keçirdiyi sərgi-festivalın ilk 4 günündə Rumıniya ədəbiyyatı və mədəniyyəti təmsil olunacaq. Burada Rumıniya ədibləri və nəşriyyat rəhbərləri ilə görüşlər keçiriləcək, müzakirələr aparılacaq, eləcə də şeirlər, musiqilər dinləniləcək. Eyni zamanda, rumın yazarlar, oxucularla görüşüb imza günü keçirəcəklər. Fəxri qonaqlar arasında Nöbel mükafatlı Mircea Carterescu və Matei Visniec kimi ədiblər də olacaq.

Bundan başqa, bu il 100 illiyi qeyd olunan tanınmış yazar Əziz Nesinlə bağlı müxtəlif tədbirlər də keçiriləcək.

Builki festivalın fəxri rəssamı Tan Oral, şüarı isə "Həyata gülümsəyərək baxın” olacaq.