adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Iyul 2015 11:54
21158
ƏDƏBİYYAT
A- A+

Kitabların çox satılma sirri məlum oldu

Amerikalı mütəxəssislər ən yaxşı satılan kitabların oxucu tərəfindən maraqla qarşılanması səbəblərini açıqlayıblar. Adalet.az xəbər verir ki, Nyu-Yorkda yerləşən və sosial-mədəni sahələrdəki araşdırmaları ilə tanınan Sotni Bruk Universitetinin professor-tələbə araşdırma komandasının əldə etdiyi nəticəyə görə, klişe səhnələrdən uzaq olan kitabların daha çox satılma imkanı yüksəkdir. Bundan başqa, giriş cümlələri və ya adları "və”, "ancaq”, "amma” kimi bağlayıcılarla başlayan kitablar da daha çox maraq cəlb edirmiş. Eyni zamanda, sifət və isimlərlə zəngin olan əsərlər də yaxşı satılır. Rəflərdə qalan kitablar daha çox fel və zərflərlə zəngin mətnləri olanlardır.

Oxucu tərəfindən maraqla qarşılanan kitablarda duyğusallıq, emosional keçidlər, səhnələr daha çoxdur.