adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Iyul 2015 11:35
4399
ƏDƏBİYYAT
A- A+

Türkiyədə kitabyuyan maşın satışa çıxarılıb

Türkiyədə "Book Shower” - kitabyuyan maşın satışa çıxarılıb. "Acar Group” şirkəti tərəfindən Cənubi Koreyadan idxal edilən bu maşının köməyi ilə artıq oxucular və kitab kolleksionerləri rahat nəfəs ala biləcək. Xüsusilə də köhnə kitablarda toplanmış tozlar və bakteriya xarakterli ləkələrə qarşı 100%-lik gigiyenik təmizlik təmin edən kitabyuyan istehsal edildiyi ölkədəkindən heç də az marağa səbəb olmayıb. "Book Shower” kitabyuyan maşını satışa təqdim edilər-edilməz ilk növbədə şəxsi kitabxana və kitab mağazası sahibləri, kolleksionerlər və "kitab qurdları”nın marağına səbəb olub və maraqlananlara maşının mexanizmi və strukturu ilə bağlı məlumat verilib.

"Book Shower”i Türkiyəyə gətizdirən "ABŞ Nəşriyyatı”nın sahibi Çağla Acar yeni məhsulla bağlı verdiyi açıqlamada deyib: "Book Shower” kitabı maşına atdıqdan sonrakı 2 dəqiqə ərzində onu sterilizə edə bilir. Sadəcə, bir düyməyə basmaqla kitablarınızın 99,9%-lik təmizlənməsinə nail ola bilərsiniz. Üstəlik, sadəcə, kitabınızın üz qabığı yox, eləcə də bütün səhifələri eyni keyfiyyətdə təmizlənəcək. Bu sahədə istehsal olunan bütün avadanlıqların iddialarını araşdıran elmi-texniki institutlar tərəfindən həqiqətən də 99,9%-lik sterilizasiyanın təmin olunduğu sübut edilib. Yuyulma üçün istifadə edilən dərmanın tərkibində aromanın olması kitablarınıza yeni nəfəs də qatacaq. Kitabxanaçılar və kolleksionerlər bu yeni məhsuldan olduqca asanlıqla istifadə edə bilərlər. Oxumaq istədiyiniz qədim kitabı bir-iki dəqiqə əvvəl maşına qoyub, qiraət zövqünü yaşaya bilərsiniz”. /kaspi.az/