adalet.az header logo
  • Bakı 12°C
28 Iyul 2015 16:28
19198
ŞOU-BİZNES
A- A+

Ancelina Coli və Bred Pitt film çəkir

Aktrisa və son zamanlar rejissorluq edən Anjelina Coli həyat yoldaşı Bred Pittlə birlikdə film çəkir. Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Dəniz sahilində” adlanan filmdə cütlük elə bir-birini çox sevən və ağır sınaqlardan keçən ər-arvad rolunu oynayacaq. Filmdə cütlüyün assistentliyini böyük oğulları Meddoks edəcək. Həmçinin, Meddoks özü də filmdə yer alacaq. 

Film kambocalı yazıçı Lunq Unqun "Əvvəlcə onlar atamı öldürdülər: kambocalı qızın xatirələri” adlı roman əsasında çəkilir. Anjelina özü bildirib ki, bu filmi çəkmək onun arzusudur. Çünki böyük oğlu Meddoks da məhz Kambocadandır. Vaxtilə valideynlərini itirmiş 7 aylıq uşağı Anjelina 2002-ci ildə övladlığa götürmüşdü.

Amma dostları cütlüyə filmə ailəvi çəkilməyi məsləhət görmürlər. Belə ki, dəfələrlə eyni filmdə rol alan evli cütlüklər bir-birləri ilə yola getməyib ayrılıblar. Üstəlik, Anjelina və Bredin münasibətinin hazırda gərgin olduğunu deyirlər. Hətta nikahlarını xilas etmək üçün psixoterapevt yanına gedirlər. Bred Pittin anası Ceyn Pitt deyir ki, onlar həddən artıq işlədikləri üçün araları pozulub.