...İnsanın həmişə etibar elədiyi, güvəndiyi və ən nəhayət ürək qızdırdığı bir sirdaşı olmalıdır. Bir sirdaşı olmalıdır ki, sevincdən ürəyi partlayanda da, dərddən ürəyi qubar eləyəndə də onu kiminləsə bölüşə bilsin. İstedadlı yazıçı Seyran Səxavət deyir ki, adamın təkcə dərddən ürəyi partlamır, adamın həm də sevincdən ürəyi partlaya bilər. Ona görə sevincini də, kədərini də kiminləsə bölüşməlisən ki, çiynindən ağır yük götürülsün...
Heç də hər adamla, hər ünsiyyət yaratdığın insanla ürək söhbəti eləmək mümkün deyil. O adamla ürək söhbəti eləyə bilirsən ki, o sənin bütün hisslərini, duyğularını və həyəcanlarını başa düşür. Bu cür adamları tapmaq isə o qədər də asan deyil. Ümumiyyətlə, yaxşı insan, işıqlı adam da var-dövlət kimi bir şeydir. Allah-Təala hər adama var-dövlət bəxş eləmədiyi kimi, hər insana da işıqlı, ziyalı və iç dünyası nurlu olan insanla oturub-durmağı və dostluq eləməyi töhfə vermir. İnsanların qəlbləri, ürəkləri və eyni zamanda düşüncələri bir-birinə yaxın olanda onlar üçün zaman da bir göz qırpımında uçub gedir. Bu cür adamlarla söhbət eləyəndə, dərdləşəndə və duyğularını bölüşəndə heç vaxt darıxmırsan. Əksinə hiss eləyirsən ki, mənəviyyatca zəngin, işıqlı və nurlu insanın yanındasan...
Onunla hər görüşümüz belə səmimi söhbət üstündə qurulur. Kəndə gedəndə ilk növbədə qızıma, qardaşımgilə və əmimgilə dəyirəm. Təbii ki, bunu da ona görə eləyirəm ki, onlar gəldiyimi eşidib sonra məndən küsməsinlər. İkincisi də onların qapısını açmasam, evində bir stəkan çay içməsəm heç vaxt rahat Bakıya qayıda bilmərəm. Bakıya qayıtmaq üçün isə mütləq bu adamların qapısını açmalı və onlarla heç olmasa yarım saat da olsa dərdləşməliyəm. Dostlarıma gələndə isə heç vaxt Binnət müəllimdən və Elmindən savayı kiminləsə çörək kəsməmişəm. Düzdür, neçə-neçə dost-tanış həmişə mənə diqqət göstərib, bir tikə çörək kəsməyi təklif eləyiblər. Buna görə həmişə o insanlara çox sağ ol demişəm. Amma içim və ruhum o vaxt sakit olub ki, etibarlı bir dostla çörək kəsmişəm və bir stəkan çay içmişəm. Indi Binnət müəllim təqaüdə çıxması ilə əlaqədar olaraq Bakıya köçüb. Hər gün olmasa da, tez-tez telefon əlaqəsi saxlayırıq. Yəni bir-birimizdən xəbər tuturuq.
Mənim tanıdığım və xeyli vaxtdır çörək kəsdiyim ikinci bir dostum var: Elmin müəllim. Elə ki, kəndə gedirəm, ev-eşiyə baş çəkirəm, bax onda görürəm ki, hardansa Elmin xəbər tutub ku, mən kənddəyəm. O dəqiqə də mənə telefon açır və deyir ki, yenə məndən xəlvət kəndə gəlmisən və şəhərə çıxıb gedəcəksən. Amma bu dəfə iki dünya bir olsa, mütləq bizim həyətdə - ağacların, güllərin, çiçəklərin olduğu gözəl bir məkanda bir tikə çörək kəsəcəyik. Bayaq dediyim kimi, onsuz da yekəlik olmasın, hər adamla əyləşib, çörək yemək istəmirəm. Bilmirəm ki, niyə? Bəlkə də ona görə ki, çörək kəsmək çox müqəddəs bir anlamdır. Çünki dədə-babalardan belə bir deyim var ki, duz-çörək kəsdiyin adamla gərək axıra qədər dostluq və yoldaşlıq eləməyi bacarasan. Amma elələri var ki, vəzifədə olanda kiminləsə təmməna xatirinə dostluq eləyirlər. Çörək kəsdiyi adam elə ki, vəzifədən çıxdı, bütün haqqı-salam da unudulur. Ancaq nəsil-nəcabəti olan insanlar hər şeyi dərindən götür-qoy eləyir. Götür-qoy eləyir ki, mən bir kişiylə çörək kəsirəmsə, onu axıra qədər qorumalıyam. Elə çox vaxt da məhz buna görə hər adamla oturub çörək kəsməyə və çay içməyə maraq göstərmirəm...
... Elmin isə tamamilə başqa bir dünyanın, başqa bir düşüncənin və başqa bir əxlaqın sahibidir. Ən azından ona görə ki, Elmin gözünü açıb evlərində kitab görüb, ziyalı görüb və ən nəhayət hər adamın ocağında olmayan çörəyə və dostluğa sədaqət görüb. Atası ziyalı bir insandır, fəlsəfə doktorudur. Təbii ki, belə bir mühitdə və belə bir aurada böyüyən adam mütləq həyata baxışı, düşüncəsi və insanlara baxışı ilə fərqlənməli idi. Oturuşu-duruşu və ağayanalığı göstərir ki, heç də Elmin bəy belə insan deyil. Cavan olmasına baxmayaraq, son dərəcə təmkinli, ağayana və eyni zamanda səbrli bir insandır. Danışanda da və hər hansı söhbətə qulaq asanda da hiss edirsən ki, Allah-Təala ona çox şey bəxş eləyib. Ən azından yüksək əxlaqi dəyər və insanlara yanaşma tərzinə görə bu cavan oğlana hörmət bəsləyirsən. Hörmət bəsləyirsən ki, cavan vaxtı ağsaqqala məxsus dəyərlərə yiyələnmək hər insana qismət olmur. Amma bu dəyərləri Allah-Təala bu cavan və ziyalı insana bəxş edib...
Dəfələrlə söz vermişdim ki, kəndə gələndə bir axşam sənin evində qalacağam. Həmin günü və həmin axşamı Elmin müəllim çox böyük səbirsizliklə gözləyirdi. Özü də deyirdi ki, qış vaxtı qar yağanda odun sobasının yanında əyləşib, sobaya odun ata-ata söhbət eləməyin özgə ləzzəti var. Düzdür, qış vaxtı qar yağanda onunla görüşsək də, amma odun sobası arxasında uzun qış gecəsinin gözəl anlarını bir yerdə yaşaya bilmədik. Elə oldu ki, bunu Allah-Təala bizə bir yaz günündə - mayın axırında qismət elədi. Yenə zəngləşdik, yenə söhbət elədik və dedi ki, bu dəfə mütləq bizim həyətdə alma, gilas, gilanar, ərik ağaclarının altında, kölgəlikdə əyləşib dərdləşərik.
Telefonla danışandan sonra Bala Bəhmənli kəndində, yolun qırağında və söyüd ağaclarının yaxınlığındaki həyətinə gəldik. Əvvəlcə dedi ki, ləzzətli olsun deyə bir az kənd pendiri və pomidor, xiyar alım. Yaxınlıqdakı bazardan onları alıb evlərinə qayıtdıq. Ailə-uşaq Bakıdaydı. Təbii ki, hər şeyi də özümüz düzüb-qoşduq. On metr dərinlkdən çıxan su quyusunun buz kimi suyunda yuyunduq. Suyu üzümə vurduqca hiss eləyirdim ki, ruhum da dincəlir. Həmin günü nə az, nə çox kölgədə müsbət 38 dərəcə isti vardı. Bu yazın istisindən çox, yay havasına oxşayırdı. Adətən yayda bu cür istilər olur...
Şılankı su gələn xətdə qoşub oturduğumuz beton hissəni yaxşı-yaxşı suladı. Sonra da gətirdiyimiz mer-meyvəni: gilası, gilanarı və eləcə də pomidoru, xiyarı soyuq suda yaxşı-yaxşı yuduq. Hava isindikcə bir az özümüzü tövşiyən kimi hiss eləyirdik. Elə ki, ərik, alma ağaclarının kölgəsinə çəkilirdik, bax onda içimiz dincəlirdi. Həyətdəki gilas, gilanar, ərik ağaclarının üstündə nə qədər desən bar vardı. Özümü saxlaya bilməyib, ərik ağacının budağından bir neçə saralmış əriyi dərirəm və soyuq suda yuyub stolun üstünə qoyuram. Ağacdan dərdiyim əriyin dadı isə o biri meyvələrdən, yəni bazardan aldığımız meyvələrdən qat-qat dadlıdır. Sonra Elmin atası ilə telefonla danışır. Deyir ki, Faiq müəllim bizdədir. Onun atası da elə-belə kişi deyil. Böyük ziyalı və fəlsəfə doktorudur. Uzun müddət Füzuli rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru işləyib. Ağsaqqal mənimlə hal-əhval tutur və deyir ki, ürəyiniz istədiyiniz kimi, istirahət eləyin, elə bilin ki, mən də ordayam. Amma Elmindən çox narahatam. Çünki ailə-uşaq yanında olmadığına görə, müəyyən əziyyətlər çəkir. Buna da şükür. Əgər o torpağın üstündə oturub çörək kəsirsinizsə, merindən-meyvəsindən yeyirsinizsə, sizdən xoşbəxt adam yoxdur. Bir qədər də telefonla dərdləşib, xudahfizləşrik...
Elmin müəllim özünün maraqlı və qəribə düşüncələri ilə yenə diqqətimizi çəkir. Deyir ki, o cəh-cəh vuran bülbülün, səs çixaran quşların səsini eşidirsənmi? Eşidirəm, deyirəm. Sonra da əlavə edir ki, bu həyət də, bu yurd da o quşlarındı. Hər quş yaz gələndə öz həyətinə, öz yurduna gəlir. Bir quş da tanıyıram ki, həmişə bizim həyətin ağaclarında olur. Sonra da görürəm ki, onlar baş-başa verib oxuyurlar və cəh-cəh vurular. Elə səhərlər yuxudan məni də onların cəh-cəhi oyadır. Axşam qalsan görərsən ki, səhər açılanda o bülbüllər necə cəh-cəh vururlar.
Təmiz hava, təmiz su və təmiz də söhbət bizi öz ağuşuna alır. Elmin müəllim bir az musiqidən, bir az poeziyadan, bir az da fəlsəfədən danışır. Deyir ki, insan hər açılan səhərinə və hər xoş gününə görə şükür eləməlidir. Biz torpaq sarıdan çox əziyyət çəkmişik, atamgil hələ də çətinliklər içində yaşayır. Ancaq bu yurda, bu torpağa və doğma ocağa qayıdandan sonra bir az da atamın dərdi yüngülləşib. Amma bu o demək deyil ki, atamın ürəyindəki Füzuli həsrəti sağalıb. O dərd o vaxt sağalacaq ki, biz durub Bala Bəhmənlidən Füzuliyə, Ərgünəşə, Hoğaya, Cəmilliyə, Arışa... gedə bilək. Hələ gedə bilmirik. Hələ oranın havasını Bala Bəhmənlidən alırıq. Amma gedəcəyik ora. Atam da, sən də və mən də. Balalarım da gedəcək ora. Bu sözləri deyir və Elmin qardaşım kövrəlir. Hiss eləyirəm ki, içində son dərəcə çox böyük bir inam var. O inam ki, bu bizim hər birimizin iç dünyasını, üzü sabaha və işığa doğru aparır. Inam olan yerdə isə insan son nəfəsində də istədiyi nöqtəyə və istədiyi ünvana çata bilir.
... İsti may günündə belə isti söhbətlər bizim hər ikimizin ovqatını yaxşılaşdırır. Həmişə ağrayan, acıyan və narahat olsam da, amma bu söhbətlərdən sonra nə ürəyim ağrayır, nə başım ağrayır, nə də təzyiqim var. Özümü o qədər rahat hiss edirəm ki, elə bilirəm göyün yeddinci qatindayam. Elmingildən çıxıb ata ocağına qayıdıram ruhum və qəlbim tər-təmizdi. Bakıda gecə yata bilmədiyim halda, bir axşam ata ocağında çox rahat yatıram. Bu rahatlıq Qarabag torpağının suyu, havası və işığı ilə bağlıdır. O işığa insani dəyərlər də əlavə olunanda, adam özünü daha rahat, daha sakit və daha duru hiss eləyir...