adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Iyul 2015 11:28
11609
SİYASƏT
A- A+

Rövnəq Abdullayev baş nazirlə görüşdü

Gürcüstanın baş naziri İrakli Qaribaşvili iyulun 26-da ARDNŞ-in prezidenti Rövnəq Abdullayevlə görüşüb.   APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan hökuməti administrasiyasının mətbuat xidmətindən bildirilib.   Məlumata görə, görüşdə cari investisiya məsələləri mövzusunda müzakirələr aparılıb.   İ. Qaribaşvili Gürcüstan hökumətinin ARDNŞ-in Gürcüstandakı investisiya fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib.   "Görüşdə Gürcüstan və Azərbaycan ölkələrarası əməkdaşlığın dərinləşməsi üçün hazır olduğunu bir daha təsdiqləyib”, - deyə hökumət administrasiyadan bildirilib.   Görüşdə ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Gürcüstanın Baş naziri yanında İqtisadi Şurasının Katibi, Biznes Ombudsman Giorgi Qaharia da iştirak ediblər.