adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
27 Iyul 2015 10:33
10951
DÜNYA
A- A+

20 qəqiqə İŞİD-i müzakirə etdilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə telefonla zəng vurub.

Prezidentlər arasında telefon danışığı təxminən 20 dəqiqə davam edib.

Ərdoğan və Putin Türkiyədə törədilmiş terror aktları başda olmaqla regionda baş verən prosesləri müzakirə ediblər.

Putin Şanlıurfanın Suruç rayonunda baş verən terror aktı zamanı ölən mülki vətəndaşların və daha sonra şəhid edilən polis və əsgərlərə görə Ərdoğana başsağlığı verib, yaralıların tez bir zamanda sağalmasını diləyib.

Ərdoğan Suriyadakı xaosun Türkiyənin beynəlxalq güvənliyini təhdid etdiyinə işarə edərək bildirib ki, İŞİD terrorçu qruplaşmasının Suriyadakı bəzi mövqeləri bu günlərdə bombardman edilib.

Telefon danışığı zamanı prezidentlər noyabr ayında Antalyada reallaşacaq G-20 Zirvə Görüşü çərçivəsində ikitərəfli görüşlər keçirmək, regional problemlərin həlli istiqamətində birgə səylər göstərmək və digər məsələləri müzakirə ediblər.