İYİRMİ BEŞ İLLİK YOL…

ƏBÜLFƏT MƏDƏTOĞLU
263215 | 2016-07-25 10:25

Ön söz əvəzi:

Bu yazı 25 yaşımızda yazılmışdı, şükürlər olsun ki 26-da gördük, düşündüm ki, 26-da elə 25 gəlib çatdığımız kimi gəlib çatmışıq. Ona görə də , əsrin dörddə birinin havasını təkrar etməyə dəyər.


Hə, bu da 25 il!.. Düz 25 il bundan öncə Azərbaycan adlı məmləkətdə «Ədalət» adlı qəzet dünyaya gəldi…Düz 25 il bundan öncə həmin o Azərbaycan adlı məmləkətin «Ədalət» adlı qəzeti müstəqilmətbuatın ilk carçılarından, ilk qaranquşlarından biri kimi tarixə düşdü. Yənibu məmləkətdə azad sözün, azad jurnalistikanın nəfəsini, hərarətini oxucu üzünəaçdı «Ədalət». Hər kəs qəzeti ilk dəfə olaraq birinci səhifədən oxumağabaşladı. Bu, «Ədalət»in uğuru idi, bu, «Ədalət»in yolu idi. Və 25 ildir ki, buyol belə də davam edir…

Bəlkə də 25 rəqəmi bir riyazi yanaşma baxımından o qədər də böyük önəmkəsb etmir. Amma 25-i yaş kimi görəndə, təqdim edəndə istər-istəməz gözününqarşısında boylu-buxunlu, yumruqları düyülmüş, sözü ötkəm, səsi qətiyyətli birlay divar oğlan canlanır. Deməli, ona güvənmək də olar, ona iş də tapşırmaqmümkündü və hətta ondan qəhrəmanlıq da ummaq. Bax, bu  mənada 25 yaşlı «Ədalət» dolanbac yolları,ağrılı-acılı günləri, Qarabağsız ayları, şəhid qanlarını, ölkədəki xaosu,qardaş qarşıdurmasını və nəhayət, uğurlu bir inkişafı öz canına-qanınahopdura-hopdura, köynəyindən keçirə-keçirə gəlib çatdı sizli-bizli bu günlərə –yəni 25 yaşa!..


Bəli, indi oturub bu 25 illik yolu kimlərlə, necə gəldi düşünürəm…Hansı  çətinliklərdən keçdiyimizi, hansıuğurları qazandığımızı muncuq kimi sapa düzürəm. Bu məqamda ürəyimin dağ boydaolduğu anları da qürur hissi ilə yaşayıram. Üzüldüyümüz məqamları da kədərləxatırlayıram. Çünki bu bizim həyatımızdı, bu bizim ömür yolumuzdu və bu yoldabiz ilk addımları «Azərbaycan» nəşriyyatının 2-ci mərtəbəsində dizimizin üstündədəhlizdə atmışıq. Ürəyimiz əsə-əsə, həyəcandan əlimiz titrəyə-titrəyə dünyayabir «Ədalət» gətirmişik. Özü də bu «Ədalət» indiki texnikanın olmadığı, sovetdönəminin primitiv çap maşınları ilə yığılıb işıq üzü görübdü. Onun dünyaya gəlməsindədəyərli Adil Minbaşının, qəzetin ilk redaktoru Aqil Abbasın və onların ətrafındatoplaşan Babək Yusifoğlunun, Faiq Qismətoğlunun, Rəşid Faxralının, LətifSüleymanlının, Məhəmmədəli Mustafanın, Əyyub Kərimovun əməyi danılmazdır. Üstəlik,dünyaya ilk sözünü çatdıran «Ədalət»in bir pöhrə kimi böyüməsində, bir ağackimi qol-budaq atmasında həmin illərin ziyalılarının, aydınlarının dəstəyi, təqdimetdikləri sanballı materialları doğru sözün həsrətini çəkən oxucular üçün sankigöydəndüşmə olmuşdu. Hamı səbirsizliklə məmləkətimizdə öz izini açan, özişığını yandırıb hər kəsi ətrafına yığan «Ədalət»in növbəti saylarını gözləyirdi.Hər yeni nömrə oxucuya yeni imzalar da təqdim edirdi. Artıq «Ədalət»inoxucuları mərhum Mirmayıl Cəbrayılovu, Baba Pünhanı, Adil Mirseyidi, Yusifİsmayılı, Yusif Misiroğlunu, Əliyusif Məmmədovu, Pərviz Əliyevi, Ərşad Mirzəni,Oqtay Salamovu, Qeyrət Quliyevi, Çingiz Ələkbərzadəni, Vahid Əlifoğlunu, TofiqAbdini, Söhbət Səfərlini, Vəsilə Usubovanı, Oqtay Abbasovu, Nəriman Səttaroğlunu,Vaqif Əliyevi sözündən tanıyırdılar. Eləcə də «Ədalət»i oxuyanlar Kamran Nəzirlini,Adil Şirini, Vaqif Bəhmənlini, Rəşad Məcidi, Asif Mərzilini, Asif Talıboğlunu,Daşdəmir Əjdəroğlunu, Nazim Ağamirovu, Faiq Sadıqovu, Zaur Vəliyevi, MehmanCavadoğlunu, Vahid Qazini, Etibar Cəbrayıloğlunu, Şakir Qurbanovu, Şakir Həşimovu,Ceyhun Musaoğlunu, Nicat Bəşirzadəni, Nicat Rüstəmovu, Elçin Namazı, RəhmanHacıyevi, Qələndər Xaçınçaylını, Surxay Əlibəylini, Yusif Rzayevi, İsrafilQuliyevi, Səxavət Məmmədovu, Nərgiz Cabbarlını, Murad Nəbibəyovu, AsəfQuliyevi, Füzuli Rüzgarı, Kərim Kərimlini, Kənan Hacını, Hidayət Elvüsalı, BəstiƏlibəylini, Ağakişi Bahaduru, Samir Sədaqətoğlunu, İqbal Aydınoğlunu, Qəşəm Nəcəfzadəni,Əsəd Cahangiri, Vaqif Yusiflini, Əlövsət Bəşirlini, Sevinc Seyidovanı, QərənfilDünyaminqızını, Xatirə Hafizqızı,  MöhtərəmRəcəbovanı, Ülviyyə Rzayevanı, Kamil Rzakovu, Qəşəm Həşimovu, Rüstəm Hacıyevi, ElşənQuliyevi, Gültəkin Qəhrəmanlını, Vüqar Tofiqlini, Elnur Astanbəylini, NicatQafuroğlunu hər gün qarşılayır və onların bir-birindən maraqlı yazılarınınyaratdığı ovqatın aurasında sabaha böyük ümidlər bəsləyirdilər. Şükürlər olsunki, həmin ümidlər az-çox fərqlərlə öz təsdiqini tapdı.

Bəli, «Ədalət»in şinelindən çıxıb indi Azərbaycan mətbuatında böyüknüfuz qazanan, imzasını hər kəsə birmənalı şəkildə sevdirən yazarlar,redaktorlar bu gün öz yolları ilə getsələr də, amma onların müstəqil məmləkətdəilk sözlərini oxucuya çatdıran «Ədalət» oldu. Sevindirici haldır ki, dünyasınıdəyişmiş həmkarlarımız, əməkdaşlarımız öz sağlıqlarında «Ədalət»in səhifəsindəolan möhürlərini, yəni imzalarını son anlarına qədər sədaqətlə, şərəfləqorudular və bu dünyadan köç edəndə onların yarımçıq qalan fikirləri, deyilməmişsözləri tirajlanan «Ədalət»də  susmadı,dayanmadı. Əksinə, onların ruhu da, sözü də bizimlə qaldı, həm də bizimoxucularla.

Bəli, mən 25 il yol gələn «Ədalət»in bu günündən üzü geri boylanandabir məqamı da gördüm və onu xüsusi vurğulamaq istəyirəm. Belə ki, «Ədalət»in təqdimatıilə «Ədalət»in şinelindən çıxıb müxtəlif vəzifələrə, xüsusilə hüquq-mühafizəorqanlarına işə gedən kifayət qədər müəlliflərimiz olub. Onlar bu gün də vəzifəsahibidilər və bu gün də «Ədalət» onlar üçün doğmadı. Onların arasında ElşadƏliyev, Rafiq Abbasov, Nazim Ağamirov, Elşad Həsənov, Amil Dosiyev, AydınAğazadə, Faiq Sadıqov, Rövşən Əhədoğlu və başqaları da var. Deməli,  bütün bunlar göstərir ki, «Ədalət» bir  xalq qəzeti olaraq ilk gündən atdığı doğru,dürüst və ədalətli addımını bu gün də yaşadır, bu gün də davam etdirir. Təbiiki, indi onun ilk baş redaktoru millət vəkili olmaqla yanaşı, həm də qəzetin təsisçisidivə ilk baş redaktoru Azərbaycanın «Əməkdar jurnalist»i, dəyərliyazıçı-publisist İradə Tuncay əvəz edibdi. İndi İradə xanımın rəhbərliyialtında «Ədalət»in köhnə, yəni ilk komandasından olan Babək Yusifoğlu, FaiqQismətoğlu, Məzahir Əhmədoğlu, Yaşar Nəbiyev, İslam Niftiyev, eləcə də yeni«Ədalət»çilər hər gün sizin oxucu süfrənizə özlərinin dövlətə, dövlətçiliyə,xalqa xidmət edən fikirlərini təqdim edirlər. Mən bu bir növü xatırlatmaxarakterli yazını bilgisayara diktə edəndə yaddaşımı demək olar ki, xeylisağa-sola vərəqlədim. Çalışdım ki, heç kim yaddan çıxıb kənarda  qalmasın. Çünki bizim unutmağa haqqımızyoxdu. Ən azından «Ədalət»çi olduğumuz üçün!..


Və bu yazıya son olaraq demək istəyirəm ki, biz 25 ili bir ailə kiminecə yaşadıq, onu sizdən gizlətmədik. Nə qazandıq sizin gözünüzün önündə oldu vəbir də adımızın saflığını, sözümüzün kəsərini sizə güvənib yaşatdıq. Bunun üçün«Ədalət»çilər olaraq Sizə, yəni bizə dayaq olan oxucularımıza təşəkkür edirik.Sağ olun ki, bizi yaşatdınız! Sağ olun ki, bizi yaşadırsınız! Biz dəçalışacağıq ki, bu 25 ildə sizinlə olduğumuz kimi, bundan sonra da sizinləolaq! Bizim və Sizin 25 yaşımız mübarək!!!

 


Köhnə «Ədalət»çi Əbülfət MƏDƏTOĞLU

Əməkdar jurnalist

TƏQVİM / ARXİV