“Bizim sahədə zaman prioritetdir”

ETİBAR CƏBRAYILOĞLU
66877 | 2015-07-25 13:39

İnternetmediasında çalışan Əməkdar jurnalist Qabil Abbasoğlu inanır ki, qəzetçilik hələuzun müddət mövcud olacaq.

Bütünbayramlara həssaslıq göstərən jurnalistlərimiz Milli Mətbuat gününü unudarmısizcə? Özü də yubiley keçirməyə əsas verən yuvarlaq rəqəm, bu barədə ölkə rəhbərininsərəncamı ortada ikən. Bu üzdən də Həsən bəy Zərdabinin bir min əziyyətbahasına yaratdığı milli mətbuatımızın 140 illiyi təntənəli qeyd olundu vəbayram tədbirləri həftə boyunca davam elədi.

Ölkəbaşçısı Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşdü, mətbuatımızınkeçdiyi şərəfli yola nəzər saldı, mediamızın uğurlarından danışdı,problemlərini sadaladı və bu sahənin gələcək inkişafı ilə bağlı düşüncələrinibölüşdü. Prezident mətbuatın inkişafında xidmət göstərən bir qrup həmkarımızıorden və medallarla, fəxri adlarla mükafatlandırtdı. Yubiley ərəfəsində Əməkdarjurnalist fəxri adına layiq görülənlər arasında Qabil Abbasoğlu da var idi.

Ötənəsrin 90-cı illərində mətbuata gələn Qabil Abbasoğlu "Cümhuriyyət”,"Müxalifət”, "Yeni Müsavat” qəzetlərində şöbə redaktoru, redaktor, başredaktorun müavini olaraq çalışıb, bir ara AZƏRTAC-ın Gəncəbasardakıinformasiya mərkəzinə başçılıq edib. "Gün səhər” qəzetinin baş redaktoru olub.

İstedadlıqəzetçi kimi tanınan Qabil bəy son illər fəaliyyətini internet mediasında davametdirir. APA holdinqə daxil olan Lent.az saytının rəhbəridir.

-Qabil bəy, Əməkdar jurnalist kimi özünü necə hiss edirsən?

-Elə Əməkdar jurnalist kimi.

-Mətbuatımız 140 yaşını qeyd etdi, səninlə medianın bugünkü durumunudəyərləndirək.

Jurnalistikayaillərini verən bir həmkarımız kimi bu mövzuda geniş danışa bilərsən. Amma istərdim ki, bir məsələni nəzərə alasan-çalış yubilyarın xətrinə dəymə...

-Bütövlükdə mediamızın mövcudluğu ən böyük nailiyyətdir. Yaşayır, 140 ildinəsildən-nəsilə təhvil verilir, ənənə qorunur və paralel olaraq yeni baxışlarortaya qoyulur və üstəlik inkişaf etdirilir. Bu baxımdan, yubilyara hələtəşəkkür borcumuz var ki, zamanında Azərbaycanın adını tarixə yaza bilib və bizindi bu qədər yaşı olan mətbuatımızla öyünə bilirik. Əlbəttə, qüsurlardan daxali deyilik. Qanunvericilik bazası hər halda yaxşı səviyyədə təmin edilib,maddi-texniki problemlərin həllinə dövlət də öz dəstəyini göstərir. Qalır bircəpeşəkarlıq və mətbuata ümumi ictimai münasibət. Düşünürəm bu məsələlər zamanlahəllini tapacaq, ancaq biz də əlimizi sallayıb durmamalıyıq. Hesab edirəm ki,təcrübə sahibi olan mətbuat nümayəndələrinin öz bilik və bacarıqlarını yeninəslə ötürə bilməsi üçün şərait yaradılmalıdır. Söhbət gerçək təlim vəmaster-klassdan gedir. Məsələn, Mətbuat Şurasına və hətta Milli Televiziya vəRadio Şurasına belə təlimlərin təşkilatçılığı üçün imkanlar yaradılmalıdır. Həriki qurumda bu işin öhdəsindən yüksək səviyyədə gələ biləcək kifayət qədərbacarıqlı insanlar çalışır. Bu sahədə durum getdikcə düzəlməlidir. Əks halda,nə qədər maddi dəstək verilsə də peşəkarlıq amili medianın durumunu vəcəmiyyətin ona münasibətini yaxşıya doğru dəyişməyəcək.

-Uzun illər qəzetdə külüng döyəndən sonra xəbər portalına transfer olundun. Çapmediasının gələcəyindən beləmi bədgümansan?

-Qətiyyən. Bədgümanlığa görə deyildi bu transfer. Yəqin ki, sən də yaxşıxatırlayırsan, 2008-ci ildə işlədiyim qəzet maddi problemlərə görə fəaliyyətinidayandırdı və mən iş axtararkən dostlardan biri- konkret Vüsalə Mahirqızı beləbir təklif verdi. Mən o vaxt üçün yenilik olan internet mediasının özəlliklərini,əlbəttə, çap mediası qədər bilmirdim. Lakin Vüsalə xanımın dəstəyilə qısa birzamanda bu sahəni tanıdım, öyrəndim və çox sürətlə adaptasiya oluna bildim.

Oki qaldı çap mediasının gələcəyinə, inanıram ki, qəzetçilik hələ uzun müddətmövcud olacaq və insanlar bu formaya rəğbəti saxlayacaq.

-Şəxsi söhbətlərimizdən, həmkarlarımıza verdiyin müsahibələrdən belə məlum olurki. oxucuya xəbərin operativ çatdırılmasının tərəfdarısan. Bəs xəbərindəqiqliyinin qeydinə kim qalacaq?

-Xəbər dəqiq olmalıdır. Bu, birmənalıdır. Lakin onlayn medianın özəlliyi budəqiq xəbəri saniyə çapında tez çatdırmaqdır. Ona görə də bizim sahədə zamanınprioritet olduğu barədə fikirlərə üstünlük verirəm. Burda rəqabət dəqiqə vəbəzən saniyələr miqyasında gedir.

Hərgün neçə saat xəbər istehsalı ilə məşğul ola bilirsən?

-24 saat.

-Çox deyil?

-Bilmirəm, amma səmimi deyim ki, bu işi sevirəm və məmnuniyyətlə özümü ona həsredirəm.

-İmzası üçün darıxdığın həmkarların varmı?

-Əlbəttə var. Əslində çoxdu belə imzalar. Amma məsələn, üçünü demək lazım olsa, HikmətSabiroğlunun, Arif Əliyevin, Yusif Rzayevin çox yazmağını istərdim.

-Qabil Abbasoğlu imzası üçün darıxanlar da var axı...

-Belə oxucularla sözüm qısa olacaq- Sevginiz üçün təşəkkür edirəm...

EtibarCƏBRAYILOĞLU

Çıxarış

"İnternetmediasında rəqabət bəzən saniyələr miqyasında gedir”


TƏQVİM / ARXİV