Obama Keniyada nənəsi ilə ilə görüşdü - Video
ABŞ prezidenti Barak Obama Keniyaya ikigünlük səfər edib. APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, amerikalı lider axşam saatlarında Nayrobidə qaldığı otelin restoranında şam yeməyi zamanı bir qrup qohumları ilə görüşüb.
Məlumata görə, Obama böyük masa arxasında ögey bacısı Auma və nənəsi Sara ilə birgə əyləşib.
Obamanın nənəsi bundan əvvəl bir neçə dəfə Barak Obamanı Keniyaya dəvət edib və prezidentin ölkənin qərbindəki Koqelo kəndində dəfn olunan atasının qəbrini ziyarət etməyə çağırıb. Lakin Barak Obamanın atasının qəbrini ziyarət etməyəcəyi bildirilir.
Məlumata görə, Sara Barak Obamanın babasının üçüncü həyat yoldaşı olmasına baxmayaraq, prezident ona "nənə” deyərək müraciət edir.
Digər Xəbərlər
19 Aprel 2024 12:30
Delimitasiya komissiyasının erməni sədri özünə müşavir təyin etdi
19 Aprel 2024 11:12Rusiya Ukraynaya aviazərbələr endirdi - Ölənlər var
18 Aprel 2024 18:37ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18 Aprel 2024 18:09F-16 qırıcısı yaya qədər Ukraynaya verilə bilər
18 Aprel 2024 16:56