adalet.az header logo
  • Bakı 13°C
25 Iyul 2015 10:29
14722
SİYASƏT
A- A+

Türk deputat soyqırıma hə dedi

Belçika parlamentinin türk əsilli deputatı Emir Kir saxta soyqırımın tanınmasını nəzərdə tutan qətnamə layihəsinə səs verib. Məlumata görə, bu barədə yerli "Le Soir” nəşri yazıb.

Deputat və burqomistr Emir Kir az öncə saxta genosid törənindəki bir dəqiqəlik sükutda olmaması ilə diqqət çəkmişdi. Bununla belə, o, cümə axşamı səsvermə zamanə zalda olub və sənədə səs verib.

Xatırladaq ki, iyulun 23-də Belçika parlamenti uydurma məsələnin genosid kimi tanınmasını nəzərdə tutan qətnamə qəbul edib. Qətnaməni 124 deputat dəstəkləyib, 8 nəfər bitərəf qalıb. 

Belçika müxalifıəti isə sənədi olduqca zəif və kifayət qədər birmənalı olmayan sənəd kimi kəskin tənqid eidb. Bununla belə, o da qətnaməni dəstəkləyib (musavat.com).