Sərt baxışları, ciddi görkəmi, gur səsi onun haqqında zəhmli insan təəssüratı yaradır. Ünsiyyət qurduqca, söhbətləşdikcə Məmməd Səfanın sadə, mehriban və diqqətcil olduğunu görürsən. Qarşısındakı insana hörmətlə və əfəndicə yanaşmağı bacarır, özünə qarşı da eyni münasibəti gözləyir.
"Dolu" bədii filminin çəkiliş prosesini izləyəndə Məmməd Səfanın öz işinə necə əsl peşəkarlıqla yanaşdığının şahidi oldum. Filmdəki əsas obrazlardan birinə- Komandir roluna çəkilən istedadlı aktyor təbii oyunu və təmkinli davranışı ilə yaradıcı qrupdakı gənclərə əsl nümunə idi.
- "Yuğ" Dövlət Teatrının aktyoru, əməkdar artist, "Qızıl Dərviş" mükafatı laureatı, prezident mükafatçısı, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi... Təqdimat üçün çox uzun alınmadı?
- Sadəcə Məmməd Səfa kimi təqdim etsəniz də yetər.
- Çox qısa səslənir ona görə?
- Həm çox qısadı, həm də kifayət qədər uzun.
- Ustadınız Vaqif İbrahimoğlunun vəfatından bir il ötdü. "Yuğ" teatrının təməlini qoyanlardan biri olduğunuzu nəzərə alanda bu bir ildə nələr çəkdiyinizi təxmin etmək çətin deyil...
- Təbii ki, asan olmadı. Vaqif İbrahimoğlu olmadan ötən bu bir il çətin də keçmədi. Çünki təkcə mən yox, "Yuğ"un bütün kollektivi belə düşünür ki, ustad aramızdadı, bizi tərk etməyib. Hər dəfə səhnəyə çıxıb məşq edəndə və ya tamaşa oynayanda Vaqif İbrahimoğlunu yanımızda hiss edirik. Nə qədər ki, "Yuğ" var, biz varıq, ustadın digər tələbələri var, bu həmişə belə də olacaq. Hər gün "Yuğ"un qapısından içəri daxil olanda gözlərim Vaqif İbrahimoğlunu axtarır.
- "Yuğ"un bundan sonrakı fəaliyyətini yönətmək məsuliyyəti həm də truppanın sizin kimi veteranlarının çiynindədi...
- Bizim hamımızı bu teatra Vaqif İbrahimoğlu gətirib. Ustadımız kollektivi elə insanlardan formalaşdırıb ki, onlar bu məsuliyyətin nə olduğunu yaxşı dərk edirlər. İnanmıram ki, bundan sonra bu ocağı kimsə tərk etsin, başladığımız işi yarı yolda buraxıb getsin. "Yuğ"da bir-birinə ruhən bağlı olan insanlar toplaşıb. Vaqif müəllim bu gün cismani olaraq aramızda yoxdursa da ruhən həmişə aramızdadı.
- Teatrınızdan gedənlər olmasa da, gələnlər olmalıdı. Bütün yaradıcı kollektivlər kimi "Yuğ"un da yeni nəfəsə, təzə simaya ehtiyacı var yəqin. Bu günlərdə tələbələrinizin Əbdürrəhim bəy Haqverdiyevin "Yeyərsən qa ətini, bilərsən ləzzətini" əsəri əsasında hazırladıqları diplom tamaşasına baxdım. Mənə elə gəlir ki, tamaşada rol alan tələbələrinizdən bir neçəsi "Yuğ"da çalışa bilər...
- Həmin tələbələr Vaqif İbrahimoğlunun hazırladığı sonuncu kursdu. Tale elə gətirdi ki, ustad sona qədər onlarla məşğul ola bilmədi. Uzun illər Vaqif müəllimlə Mədəniyyət və İncəsənət Universitetində çiyin-çiyinə çalışdığımdan diplom tamaşasını mən hazırlayası oldum. Bu tamaşanı da Vaqif İbrahimoğlunun xatirəsinə həsr etdik. Çalışdıq ki, müəllimin adına layiq bir iş ortaya qoyaq. Hamımız tələbə olmuşuq, bilirik ki, tələbə ilə peşəkar aktyorun işə yanaşması eyni olmur. Amma hər halda tələbələrimiz bu tamaşanın Vaqif müəllimin adına layiq hazırlanması üçün çox çalışdılar. Fürsətdən istifadə edib bu tamaşanın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm.
"Yuğ"a istedadlı gənclərin cəlb olunmasına gəlincə, Vaqif müəllim bu məsələni də həmişə diqqətdə saxlayırdı. Diplom tamaşasında Hacı rolunu oynayan Ər Toğrulu müəllim hələ sağlığında "Yuğ"a işə dəvət etmişdi. Ər Toğrul bizim teatrın gənc aktyorlarından biridi.
- Müşahidələrimə arxalanıb deyə bilərəm ki, gündəlik həyatda, teatrda, çəkiliş meydançasına dəqiqliyi, nizam-intizamı sevənsiniz. Yəqin "Yuğ" məktəbinin də bu keyfiyyətlərin formalaşmasında rolu olub. Sənət adamı üçün bütün bunlara əməl etmək çətin deyil ki?
- Dəqiqliyi, öhdəmə düşən işi məsuliyyətlə görməyi sevirəm. Bunun əksi olan yerdə yoxam. Məsuliyyətsiz adamlardan həmişə uzaq qalmağa çalışaıram. Doğulduğum ailədə, oxuduğum məktəbdə belə tərbiyə almışam. Sözsüz ki, "Yuğ"un da bu məsələdə rolu olub. Bizim sənət dəmir nizam-intizamı sevir. Çünki teatr, kino kollektiv sənətdi. Əgər səhnə yoldaşın oturub səni gözləyirsə, sən bunu özünə necə sığışdırırsan? Özünə hörmət etməyən aktyor tərəf müqabilinə, tamaşaçıya necə hörmət edəcək?
- Kinodakı fəaliyyətinizdən danışanda "Cavid ömrü" filmindəki işinizdən bəhs etməmək mümkün deyil. Ramiz Həsənoğlunun Anarın ssenarisi əsasında çəkdiyi həmin filmdə 9 obraz yaratmağınız milli kinomuzda nadir hallarda rast gəlinən hadisədi...
- Məni aktyor kimi kinoda ilk dəfə çəkən mərhum rejissorumuz Tofiq Tağızadə olub. Onun 1994-cü ildə çəkdiyi "Köpək" filmində rol almışam. Bu, film mənim kinoda debütüm, Tofiq müəllimin isə son işi oldu. Çox maraqlı film idi, təəssüf ki, bəxti gətirmədi. "Cavid ömrü"ndəki işimə gəlincə, nə deyim... Mənə həvalə olunan rollar bir-birindən fərqli idi. Elə oynamalı idim ki, bu obrazlar bir-birinə oxşamasınlar. Çalışdım ki, bu çətinliyin öhdəsindən gəlim. Böyük Hüseyn Cavidin həyatından bəhs edən filmdə çəkilməyim yəqin Tanrının qisməti imiş.
- Bu qisməti Tanrı başqa bir aktyorun da qarşısına çıxara bilərdi...
- Təbii. Kino çəkilişi mürəkkəb bir prosesdi. Bir rola 5-6 aktyor sınanır, sonda isə rol birinə qismət olur. Bəzən elə hallar da olur ki, aktyor rola təsdiqlənir. Filmin müəyyən hissələri çəkilir, amma yaradıcı heyət həmin aktyorun ifasından razı qalmır. Məcbur qalıb başqa aktyoru çəkirlər. Kinonun öz yazılmamış qanunları var.
- Yaxşı ki, "Dolu" filmi çəkiləndə kinonun yazılmamış qanunlarına ehtiyac olmadı və quruluşçu rejissor Elxan Cəfərov sizi əsas obrazlardan birinə-Komandir roluna çəkdi. Ssenari müəllifi Aqil Abbas müsahibələrindən birində "Dolu"nu həyatının romanı adlandırıb. Bəs siz necə, yaradıcılığınızda Komandir rolunun yerini müəyyənləşdirə bilmisiniz?
- Bu günə kimi teatrda və kinoda irili-xırdalı müxtəlif səpkili rollar oynamışam. Komandir xarakterinə, daşıdığı yükünə görə çox mürəkkəb bir obrazdı. Maraqlıdı ki, əsərdə baş rol yoxdu. Həcmindən asılı olmayaraq, "Dolu"dakı bütün rollar elə baş roldu. Belə hesab edirəm ki, ssenari müəllifi başda olmaqla filmin yaradıcı heyəti şərəfli bir işə çiyin verib.
Qarabağ hamımızın yaralı yeridi. Biz bu gün torpaqlarımızın müəyyən hissəsini düşməndən qoruya bilməmişik. Amma gec-tez ərazimizi erməni yaraqlılarından azad edəcəyik. Çalışmalıyıq ki, bu işi özümüz həll edək, problemin həllini övladlarımıza buraxmayaq. Vətəni, torpağı işğal edən düşməni ya əzərlər, ya da elə... əzərlər. Romanın özü də, film də məhz bu ruhu aşlayır. Aqil Abbasla bu barədə çox söhbətlərimiz olub. Aqil bəy "Dolu"nu sadəcə yazmayıb, romanda baş verənləri yaşayıb. Həm də təkcə öz dərdini yox, hamımızın dərdini yazıb. Bütün bunları qələmə almaq qələm adamından böyük bacarıq istəyir.
Bayaq kinonun yazılan və yazılmayan qanunlarından danışdıq. Söhbət ondan getmir ki, Komandir rolunu Məmməd Səfa oynadı, yoxsa başqa bir aktyor. Mən də olmasaydım həmkarlarımdan biri gəlib bu rola çəkiləcəkdi. Rola kimin çəkilməsi şərt deyil. Əsas məsələ rolu necə yaratmaqı.
- Hərbi geyim, Komandir olmaq sizə yaman yaraşır. Hərbiçi olmaq barədə nə vaxtsa düşünmüsüz?
- Heç vaxt bu barədə düşünməmişəm. Amma bəlkə də düşünsəydim hərbiçi olardım. Çox şərəfli bir sənətdi. Vətəni, dövləti, torpağı hərbiçiyə etibar edirlər. Deməli, həm də məsuliyyətli bir işdi.