adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Iyul 2015 22:57
4463
ƏDƏBİYYAT
A- A+

“Qobustan” jurnalının növbəti sayı oxucuların ixtiyarında

Azərbaycan Yazıçılar Birliyinin  (AYB) "Qobustan” sənət toplusunun növbəti, ikinci nömrəsi çapdan çıxıb.

Adalet.az AYB-yə istinadən xəbər verir ki, sənət toplusunun budəfəki buraxılışının ilk səhifələrində dramaturqların və sənətşünasların iştirakı ilə "Qobustan” jurnalının redaksiyasında keçirilmiş "Yeni dram niyə gecikir...” adlı "dəyirmi masa”nın müzakirəsi - rejissor, aktyor Ağalar İdrisoğlu ilə Hacı Tofiq Seyidzadənin geniş söhbəti verilir.

Topluda Yusif Nəğməkarla Firudin Qurbansoyun maraqlı dialoq-müsahibəsi dərc olunub.

Nəşrin "Yurd yeri” bölməsində Bestujev Marlinskinin "Dərbənd civarından məktub...” sərlövhəli Qafqaz qeydləri, Dərbənd Azərbaycan teatrı ilə tanışlıq, Dərbənd aşıq mühiti haqqında qısa məlumat, xalq artisti, bəstəkar Hacı Xanməmmədova həsr olunmuş "Tara vurğun dərbəndli” adlı yazı və Dərbənd şairlərinin şeirlərindən seçmələr yer alıb.

Topluda, həmçinin sənətşünaslıq doktoru, professor Zemfira Səfərovanın "Muğamşünaslığımız. Risalələrin tədqiqi və bir para qeyri problemlər barədə...” mövzusunda yazısı, Vaqif Yusiflinin xanəndə Elnarə Abdullayevaya həsr olunmuş "Bir səsin sehri” essesi, Gülşən Kəngərlinin rəssam Bəhruz Kəngərliyə həsr edilmiş "Səcərənin rəssam oğlu” məqaləsi verilib.

Bu nömrədə əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyevin təqdimatında 6-cı sinif şagirdi Elnurun əl işləri, Almaz Yurdsevərin "Borçalı xalçaları” adlı yazısı dərc olunub.

Sənət toplusunda Bilal Alarlının qədim "Kürdülər və Qıynalar”, Esmira Nəzərlinin görkəmli opera müğənnisi Ağababa Bünyadzadəyə həsr etdiyi "O, birincilərdən idi...” yubiley yazısı da yer alıb.

Xarici ədəbiyyatsevərlər üçün topluda Çin yazıçısı, Nobel mükafatçısı Mo Yanın "Çaxırıstan” romanından bir parça və s. dərc olunub.