...Hər gün məmələkətimizdə minlərlə adamın işi ayrı-ayrı vəzifəli şəxslərə və məmurlara düşür. Işi düşən adam özündən asılı olmayaraq məsələnin həlli üçün dəfələrlə hər hansı məmurun, vəzifəli şəxsin qəbuluna gedir. Vay onda ki, məmur da bürokrat ola və insanları saymaya. Bax onda, həmin məmurun qəbuluna gedən adamların nələr çəkdiyini bir özləri bilir, bir də yuxarıda Allah. Yəni, hər yerdən əlacı üzülən adam günlərin birində o qapını döyməkdən və məmur qəbuluna getməkdən bezir...
Amma bu o demək deyil ki, bütün məmurlar insanları get-gələ salır və incidir. Insaf naminə demək lazımdır ki, öz işinə vicdanla, namusla yanaşan vəzifəli şəxslər də var. Təəssüf ki, bu vəzifəli şəxslər çox azdır. Belə baxanda hər hansı vəzifəli şəxsin qəbuluna getmək istəyən adamların heç biri günahkar deyil və sadəcə olaraq insanlar xırda bir problemi həll eləmək üçün bir məmurun qapısına ən azı beş-on dəfə getməli olurlar. Düzdür, bəzilərinin işi çox çətin mübarizədən sonra həllini tapır. Ancaq uzun bir mübarizədən və mücadilədən sonra. Bu mübarizə və mücadilə üçünsə insanda səbr, dözüm və meşin qapıları arxasında ayaq üstə durmağa möhkəm taqət lazımdır. Bu taqətsə, bu dözümsə hər insanda olmur. Xüsusən də ahıl və yaşlı insanlar dəfələrlə məmur qapılarına getməyə özlərində bir o qədər də güc tapmır və yorulub əldən düşürlər.
... On-on beş il bundan əvvəlin söhbətidir. Bərdəyə ezamiyyətə getmişdik. Icra hakimiyyətinin binasının qarşısında yüzlərlə adam gördük. Dedik yəqin bu qədər adamın yığışmasına səbəb nəsə bir mintiqin olması ilə bağlıdır. Amma sonradan öyrəndik ki, o yüzlərlə adam mitinq-zad eləmir, sadəcə olaraq, dərdlərini icra başçısına deməyə gəliblər. icra başçısı da heç onların qabağına çıxmır və dinləmək istəmir. Camaatı başcının birinci müavin qəbul eləyəcəydi. Insanların arasında olan bir nəfər yaşlı kişi dedi ki, beş ildir başçı rayonda işləyir. Bu beş ildə bir dəfə bir sakini qəbul edib, dərdini dinləməyib. Həmişə gəlmişik icra hakimiyyətinin qabagına ki, dərdimizi ona deyək. O da xidməti maşınında gəlib girib icra hakimiyyətinini binasının yanındakı qonaq otağının həyətinə. Elə müavinlərinə də tapşırığı həmin qonaq otağınını həyətində verir.
Sonradan da öyrəndik ki, həqiqətən də bərdəlilər icra başçısının üzünü gendən görsələr də, heç vaxt onun qəbuluna düşüb, dərdlərini, sərlərini deyə bilməyiblər. Bir dəfə də olsun bərdəlilərin dediyinə görə, başçı icra hakimiyyətinin binasında şikayətçiləri qəbul etməyib. Ancaq işi-gücü qonaq otağında olmaq və kimlərəsə göstəriş vermək olub. Elə bu və ya digər nöqsanlarına görə, ölkə başçısı imzaladığı sərəncamla həmin şəxsi tutduğu vəzifədən uzaqlaşdırdı.
Bir sözlə, məmləkətimizdə elə icra başçıları, elə prokurorlar və elə polis rəisləri var ki, özlərini balaca padşah kimi hiss eləyirlər. Sadə insanlar onların qəbuluna düşmək və dərdini demək üçün günlərlə, həftələrlə və bəzən aylarla ayaq döyürlər. Qəbul eləsələr də onlarla, şikayətçilərlə elə davranırlar ki, qəbul etməsələr daha yaxşıdır.
İcra başçısının qəbulunda olub, çıxan şikayətçi deyirdi ki, bilsəydim başçı mənə belə münasibət bəsləyəcək, heç onun yanına gəlməzdim. Mən dərdimi danışıram, onun fikri isə başqa bir yerdə idi. Mən danışanda o nə üzümə baxır, nə də mənə diqqət yetirirdi. Sanki qəbulundakı insan deyil, ayrı bir şey idi. O tək mənə qarşı deyil, qəbulda olan digər insanlara qarşı da soyuq münasibət bəsləyirdi. Yüzə qədər adam başçı ilə görüşdü, dərdini dedi və sonradan heç kimin də problemi həll edilmədi. Sadəcə olaraq, vəzifəli şəxslər tərəfindən bizim başımızın altına yastıq qoyuldu ki, hər şey yaxşı olacaq. Amma heç nə yaxşı olmadı. Qəbula gedənlərin heç birinin problemi çözülmədi, işlərimiz bir az da düyünə düşdü.
Bütün vəzifəli şəxslərin - nazirlərin, icra başçılarının, prokurorların, polis rəislərinini və digər məmurların qəbul günləri, qəbul saatları var. İndi gəlin görək, o dediyimiz vəzifəli şəxslər həmin qəbul günlərində vətəndaşları qəbul edirmi? Ola bilsin ki, onların arasında insanları qəbul edən və dinləyən vəzifəli şəxslər olsun. Amma bunları barmaqla saymaq olar. Yaxın tanışlarımdan biri deyir ki, müəyyən bir problem yarandığına görə, bir nazirin qəbuluna düşmək istədim. Qəbul günləri olanda, nazirliyə gedirdim. Dəfələrlə adımı yazdılar, ünvanımı götürdülər, amma nazirin qəbuluna düşə bilmədim ki, düşə bilmədim. Dedilər ki, səni nazirin müavini qəbul edəcək. Mən də dedim ki, iki-üç aydır nazirliyə ayaq döyməkdən ayaqlarım qabar olub. Indi müavinin qəbuluna getməliyəm?! Elə istəsəydim ilk günlərdə müavinini qəbuluna düşərdim. Yoxsa bu qədər ayaq döyməzdim. Mən nazirlə görüşmək istəyirəm, vəssalam. Təkidlərimə baxmayaraq, nazirin qəbuluna düşə bilmədim...
Bir çox vəzifəli şəxslərin qəbuluna həftələrlə, aylarla və illərlə düşə bilməyən adamlar əsəb gərginliyi keçirir və narahat anlar yaşayırlar. Bu adamlar adi bir vəzifəli şəxsin qəbuluna düşə bilmədiklərinə görə, çox vaxt özlərini qınayırlar. Qınayırlar ki, gərək nahaq yerə bu qədər vaxt sərf eləyib filan idarəyə gəlib-getdim. Təbii ki, hər hansı məmurdan isti münasibət görməyən adamlar bu anları yaşayanda onların axırıncı ümidi puça çıxır.
Biz başa düşmürük. Hər hansı məmur, vəzifəli şəxs nə üçün insanları qəbul etmək istəmir, yaxud da şikayətçilər gələndə qaçıb gizlənirlər?! Axı, həmin şəxslərin müxtəlif vəzifələrə ona görə təyin ediblər ki, onlar dövlətə və xalqa xidmət eləsinlər. Bəzi vəzifəli şəxslərsə dövlətə və xalqa xidmət etmək əvəzinə, özlərinə, qohum-əqrəbasına qulluq göstəririlər. Ölkə prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında bir fikri xüsusilə vurğulayır ki, mən icra başçılarını bu vəzifəyə təyin edəndə demişəm, gedin, xalqa xidmət eləyin.
Həqiqətən də dövlətə və xalqa xidmət edən icra başçıları da var. Amma öz mənafeylərini və maraqlarını güdən başçılar da az deyil. Bu başçıların bəziləri vəzifəyə təyin olunan kimi, "Burda mənəm, Bağdadda kor Xəlifə" deyib, necə gəldi işləyir və camaatı incitməyə başlayır. Bir-iki yerdə abadlıq işləri görür və sonra da başlayır özü bildiyi kimi, addım atmağa. Ağlına nə yerləşir, onu da eləyir. Bir sözlə, rayonun altın-üstünə çevirir. Kadr siyasəti adı ilə Əlinini papağın Bəlinin başına qoyur, Vəlinin də papağın Əlinin başına. Camaat da görür ki, təzə başçı min oyundan çıxır, dövlətin və xalqın xeyrinə bir iş görmür. Təzə başçıya baxıb, rayon camaatı köhnə başçının atasına rəhmət oxuyur. Deyirlər ki, yenə köhnə başçı bizi qəbul eləyib, dinləyirdi. Təzə başçı isə kabinetdən küçəyə çıxmır, bütün günü otaqda əyləşib və öz bildiyini eləyir. Təbii ki, bu cür metodla uzun müddət işləmək mümkün deyil. Ölkə prezidenti də regionlara səfərə çıxanda, baxıb görür ki, iki-üç ildir rayonda yeni başçı bir iş görməyib. Gördüyü iş də o qədər ürəkaçan deyil.
Aydındır ki, həmin rayondan narazı qayıdan dövlət başçısı yarıtmaz fəaliyyətinə görə icra başçısını vəzifəsindən azad edir. Ölkə başçısı bir fikri də çıxışlarında səsləndirib ki, etimadımızı doğrultmayan başçılar vəzifələri ilə xüdahfizləşməli olacaqlar. Bəli, bir müddətdən sonra, bayaq dediyimiz kimi, dövlətə və xalqa xidmət eləməyən başçılar vəzifələrindən çıxarılırlar. Təbii ki, bu cür addımlar digər vəzifəli şəxslərə bir görk olur. Yəni başqa icra başçıları görürlər ki, etimadı doğrultmayanlar vəzifələrindən çıxarılırlar, bax onda onlar məcbur olub işlərində dönüş yaradırlar. Dövlətə və xalqa bir addım da yaxınıaşırlar. Dövlətdən və xalqdan uzaq düşən vəzifəli şəxslərin taleyi isə heç də yaxşı olmur. Onlar günlərin birində vəzifələrindən azad edilir və məsuliyyətə cəlb olunurlar.
Göründüyü kimi, gərək hər bir məmur və hər bir vəzifəli şəxs öz yerində olsun. Daha doğrusu, tutduğu vəzifəyə layiq hərəkət eləsin. Adam var ki, vəzifəyə təyin olunan kimi, gözü ayağının altını və ətrafı görmür. Özünü Allahın bacısı oğlu kimi aparır. Elə bilir ki, Allahın bacısı oğludur və heç kim ona "gözün üstə qaşın var" deməyəcək. Yolunu azdığına görə, bu vəzifəli şəxsləri günlərin birində tutduğu vəzifədən uzaqlaşdırırlar və o da gedib düşür dərin bir quyunun içinə. O dərin quyudan çıxmaq isə çox çətindir. Qabilin aşağıdakı misraları yadıma düşür:
Müsibət oluruq biz,Səhv düşəndə yerimiz...
Elə ki, kiminsə yeri səhv düşür və öz yerində olmur, həmin adam başlayır yüz oyundan çıxmağa. Vəzifə kreslosunda əyləşib, onun ləzzətini görən adamın gözü o qədər böyüyür və öz-özünə düşünür: bu mənəm, mən deyiləm?! Görür ki, layiq olmadığı yüksək vəzifədə əyləşib, qılıncının qabağı da kəsir, arxası da. O ki, var qılıncını işə salır və öz maraqlarını güdür. Yəni yeri səhv düşmüş adam belə də eləməlidir. Amma gərək hər hansı adamı vəzifəyə təyin edərkən yuxarıdan bilsinlər ki, həmin adam tutacağı vəzifəyə layiqdirmi? Gərək heç kimin yeri səhv düşməsin. Yəni layiq olan adam kənarda qalıb, qabiliyyətsizin biri yüksək bir vəzifədə əyləşməsin. Hələ ki, bu mizan-tərəzi pozulur, kimlərinsə yerı səhv düşür...