adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Iyul 2015 16:52
3533
ƏDƏBİYYAT
A- A+

Belqradın mərkəzi küçəsi Bəxtiyar Vahabzadənin adını daşıyacaq

Belqrad küçələrindən biri görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin adını daşıyacaq. Adalet.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, böyük şairin serb oxuculara yaxından tanıdılması və adının əbədiləşdirilməsi üçün Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və burada yaşayan həmvətənlərimizin təşəbbüsü ilə Azərbaycanın Serbiyadakı səfirliyi paytaxt meriyasına müraciət etmişdi. 

Müraciət müsbət cavablandırılıb və beləliklə, Belqradın Tsrnotravske küçəsindən başlayaraq, Borska ilə Pere Velemiroviç küçələrinin kəsişməsinədək olan hissəsinə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin adının verilməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, bu küçə ölkəmizin səfirliyinin binasına yaxın yerdə və şəhərin ən görkəmli hissəsində yerləşir.