adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Iyul 2015 14:36
3985
ƏDƏBİYYAT
A- A+

Türkiyədə Molla Nəsrəddinlə bağlı beynəlxalq simpozium keçirilib

Türkiyənin Konya və Akşehir şəhərlərində türk xalqlarının ortaq mədəni mirası olan Molla Nəsrəddin lətifələrinin tədqiqi, təbliği və qorunması məsələləri ilə bağlı "Nəsrəddin Hoca” beynəlxalq simpoziumu keçirilib. Tədbiri Konya Büyükşehir və Akşehir bələdiyyələri Selcuk Universiteti ilə birgə təşkil edib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun alimləri də tədbirə qatılıblar. Alimlərimiz Nəsrəddin Hoca ilə bağlı məruzələri dinlənilib. 

Səfər çərçivəsində Azərbaycan alimləri dövlət rəsmiləri ilə birgə Nəsrəddin Hoca barədə lətifə əsasında səhnələşdirilmiş "Gölə maya çalma” mərasimində iştirak edib, bölgədə məşhur olan "Yarənnər” xalq tamaşasına baxıb, Cəlaləddin Rumunin mavzoleyində Nəsrəddin Hocaya aid olduğu ehtimal edilən məzarı ziyarət ediblər.