adalet.az header logo
  • Bakı 18°C

Ruhunu zeytana satanlar

22362 | 2012-05-08 07:02
Dünya mətbuatında toplu intiharlar haqqında məlumata rastlayanda ilk ağlımıza gələn sözsüz ki, satanizm olur. Bəs satanizm nədir? Qısa olaraq belə izah etmək olar ki, satanizm şeytana ibadət edənlərin uydurduğu qeyri-ənənəvi dindir. Şeytana ibadət etmək üçün təşkil edilən qanlı ayinlər, işgəncə ilə öldürülən heyvanlar, təcavüz hadisələri, intihar edən gənclər...g Bütün bunlar inanılmaz kimi görünsə də, satanizm getdikcə daha çox insanın həyatına təhlükə yaradır.
   
   Necə olur ki, bir qisim insanlar pis insan olmağı, pislik etməyi, heyvanlara və ya insanlara işgəncə verməyi, qaranlıq və qorxu dolu bir dünyada yaşamağı özlərinə məqsəd seçirlər və "din" olaraq mənimsəyə bilirlər? İslam və xristian teoloqları hesab edir ki, satanizmin yaranmasının səbəbi darvinizmdir. Ancaq bu düşüncə ilə razılaqşmaq mümkün deyil. Darvinizm, qətiyyən vəhşiliyi təbliğ etmir. Satanizm isə dindən daha çox vəhşilikdir.
   
   
   
   "Şeytan kilsəsi"nin yaranması
   
   
   
   Satanizm tarix boyunca fərqli ad və formalarla mövcud olsa da, indiki forması ilə 1960-cı illərdə Amerikada ortaya çıxmışdır. Satanistlərin ən əhəmiyyətli təşkilatı, 1966-cı ildə qurulan və hələ də Kaliforniyada fəaliyyət göstərən "Şeytan kilsəsi"dir (Church of Satan). Bu kilsənin fikirləri Anton Szandor La Vey adlı bir satanist ideoloq tərəfindən yazılan kitablara əsaslanır. Şeytan kilsəsinin fəaliyyət və ayinləri dəfələrlə məhkəmələrdə müzakirə edilib. Satanizmin fəlsəfəsini daha dərindən anlamaq üçün əvvəlcə bu qaranlıq fəlsəfənin irəli sürdüyü fikirləri araşdırmaq lazımdır.
   
   
   
   Satanizm-çürük ideologiya
   
   
   
   Adından da məlum olduğu kimi, satanizm allahın varlığını inkar edir. Bu ateist bir idealogiyadır. Materialistdirlər, yalnız maddənin varlığına inanırlar. Allahın varlığını və bütün metafizik varlıqları (məsələn, mələkləri) də inkar edirlər. Bu səbəbdən, əslində şeytanın varlığına da heç inanmırlar! Adları "şeytana tapınanlar" olmasına baxmayaraq, şeytan deyə bir varlığı qəbul etmirlər. Onlara görə şeytan - din düşmənçiliyinin bir simvoludur. Şeytan kilsəsi tərəfindən nəşr olunan "A Description of Satanism" (Satanizmin Təsviri) adlı sənəddə bu fikirlər belə ifadə edilir:
   
   "Satanizm ateist bir dindir. (Satanistlərin fikirincə) Hərəkətlərimizə görə hesab verəcəyimiz heç bir varlıq yoxdur".
   
   Satanistlər Allaha, Müqəddəs kitablara, mələklə, cənnət və cəhənnəmə, şeytana, yaxşı ruhların və cinlərin varlığına inanmazlar. Materializm və realizm - satanistin rəhbər götürdüyü əsas qaydalardır...g "Satanist ateistdir. Biz əslində otodeistik, yəni özümüzə tapınırıq". Heç bir konkret düşüncə sisteminə əsaslanmayan satanizm, əslində heç şeytana tapınmaq da deyil. Satanizm, heç bir kriteriyası ilə din deyil. Sadəcə, mənəviyyatsızlıqdan yaranan, mənasız, psixoloji pozğunluğu olan toplumun inanc(inancsızlıq) sistemidir.
   
   
   
   İnsan vəhşi heyvandır?!
   
   
   
   "Şeytan kilsəsi" nəşrlərinin birində "Qorxulan din" (Feared Religion) başlıqlı yazıda belə bir fikir var: Satanizm - insanın heyvan olaraq qəbul edilməsi üçün vardır". "Şeytan kilsəsi"nin ən əsas bəyanatı olan "Doqquz şeytani qanun"un (The Nine Satanic Statements) yeddincisi belədir: "Şeytan insanı hər hansı bir heyvan olaraq təsvir edir. Bu heyvan bəzən dörd ayaq üzərində gəzən heyvanlardan daha yaxşı, bəzən də daha pisdir".
   
   "Şeytan kilsəsi"nin bütün nəşrlərində insan üçün israrla "yalnız şəhvətinə görə yaşayan vəhşi heyvan" ifadəsi istifadə edilir. Satanistlərin insanlar arasındakı əlaqələri və insanın digər canlılara qarşı rəftarı həmişə bu məntiqə əsaslanır. Məsələn, satanistlər zorakılığı haqlı görürlər, çünki təbiətdə vəhşi heyvanlar arasında zorakılıq normal haldır. Heyvanlara əzab verərək öldürmək (Türkiyədəki satanistlərin küçə pişiklərinə verdikləri işgəncələr) də eyni məntiqin məhsuludur. Satanistlərə görə, insan yalnız şəhvətinə görə yaşayan vəhşi heyvandır və bunun tələbinə görə yaşamalıdır. "Satanizmin təsviri" (A Description of Satanism) adlı sənəddə deyilir: "Bizim prinsiplərimizə görə, bütün insanlar və heyvanlar ortaq və sadə bir bioloji qaynaqdan gəlir. Əslində satanizm, insanların inkişaf etmiş bir heyvandan başqa bir şey olmadıqlarına inanır. Təsadüfən təkamilləşməyimiz və həyatda qalmağımız istisna olmaqla, yaradılışda heç bir xüsusi yerimiz yoxdur. Satanistlər özlərini (və bütün insanları) heyvan olaraq təsvir edir və Allahın özlərinə həyat verdiyi insanlar olaraq görməyə qarşı çıxırlar".
   
   
   
   Nə etməli?
   
   
   
   Bura qədər araşdırdığımız məlumatlar, "satanizm bəlası haradan çıxdı?" deyə düşünən valideynlər, pedaqoqlar və ya sosioloqlar üçün sadəcə bir informasiyadır. Azərbaycanda hələki, satanizm yayılmayıb. Hər halda qonşu Tükiyədə satanizmin yayılması, Azərbaycanda da bu iyrənc "dinin" nə vaxtsa meydana çıxacağını istisna etmir. Bir gün küçədə, parça-parça doğranmış pişiklər görsəniz, yanından sükutla keçməyin. Nə qədər ki, mənəvi tərbiyədən uzaqda qalan insanlar var, nə qədər ki cəmiyyət sevgidən, insanlıqdan və oxumaqdan uzaqdadır, biz satanizmdən də sığortalanmamışıq. Günahsız insanları vəhşicəsinə öldürən gənclərə "niyə cinayət törətdin" deyə soruşmağa heç kimin haqqı olmayacaq. Çünki, belə bir problemin ardından "cinayət törətdim, çünki vəhşi heyvanlar öldürmək üçün yaşayar, mən də vəhşi heyvanam" cavabını alacaqsınız.
   
   Ruhunuzu təmiz saxlayın, ruhunuzu şeytana satmayın.

TƏQVİM / ARXİV