ANA SƏHİFƏ / YAZARLAR

YAZMAYA BİLMƏDİYİM YAZI

Bu bir şokun diqtəsidi

40670    |   2015-07-17 01:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnsan ömrü həm çox uzun, həm də çox qısadı, hətta bəzən bir andı - göz qırpımıdı. Burda söhbət yaşanan ayların, illərin sayından getmir. Çünki yüz ili dağdan aşıran, necə deyərlər, 150-nin kürəyini yerə vuranlar var ki, onların necə yaşadığı və ümumiyyətlə, yaşayıb-yaşamadığı heç kim üçün maraqlı olmayıb. Təkcə Gennesin kitabını yazanlardan başqa. Onlar da rekord xatirinə həmin o 150 il yaşayanın adını kitabın bir küncünə yazıblar. Amma ömrü barmaq sayı illərdən ibarət olan elə Allah bəndələri olub və var ki, onlardan zaman-zaman danışılır, onların barəsində yazılır, filmlər çəkilir, xatirələr çap olunur, adları yeni doğulanlara bağışlanır. Bax, bu mənada insan ömrünün ölçüsünü, yəni zaman kəsiyini düşünəndə, göz önünə gətirəndə şəxsən mən 37 yaşında həyata əlvida deyən söz adamlarının ruhu qarşısında baş əyirəm və onların bu qısa ömürdə nələr yazdıqlarını və nələri özləri ilə apardıqlarını heyrət, həm də təəssüf hissi ilə yaddaşımın süzgəcindən keçirib bu gündən sabaha boylanıram. Və görürəm ki...
Bəli, hamı bu dünyanı qınayır. Tanıdığım, oxuduğum bütün söz adamlarının ən böyük irad yerləri, ən böyük günahkar saydıqları bu dünyadı. Hətta böyük Səməd Vurğun özünün məşhur "Komsomol" poemasında yazıb ki:

Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin bir torpaq olur.
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya.

Və böyük Səməd Vurğun onu da yazıb ki:

Biz gəldi gedərik, sən yaşa, dünya!

Hə, bu misraları sizə xatırladarkən söylədiyim fikrin bariz nümunəsini sərgiləməklə yanaşı, həm də demək istəyirəm ki, xalq bayatılarımızda da bu dünyanın vəfasızlığını, bu dünyanın zülmkar olduğunu, bu dünyanın insana ancaq dərd yüklədiyini, ayrılıq gətirdiyini də çoxlarımız dinləmişik, oxumuşuq. Və çoxlarımız da:

Bu dünya bir pəncərə
Hər gələn baxıb gedər

- deyirik.
Doğurdan da daha çox insanın baxıb getdiyi, daha az insanın isə şərəfləndirdiyi bu dünya bizim hamımızın müəyyən zaman kəsiyi üçün evimizdi. Biz də bu dünyada kirayənişinik. Çalışıb hansısa bir formada bu dünyanın, yəni kirayənişin olduğumuz evin haqqını ödəyirik - birimiz sözlə, birimiz daş-divar hörməklə, birimiz yol çəkməklə, birimiz körpü salmaqla. Amma içimizdə elələri də var ki, evimiz olan bu dünyanı barıt çəlləyi üstündə saxlayıb gah onu partladır, gah onu bombalayır, gah da elə ağıla gəlməyən cinayət üsullarına əl atıb hamını heyrətləndirir ki, adamın dünyaya yazığı gəlir. Bax, məhz həmin məqamda düşünürsən ki, dünya bu qədər nankorluğun qarşısında yaxşı ki, bizi, yəni insanları ayaq üstə min il saxlamır. Yoxsa dünyanın torpağını da, suyunu da, daşını da elə bir hala gətirərik ki, min ildən sonra heç kim bu dünya haqqında nə danışa bilər, nə yaza bilər, nə də onunla üz-üzə gəlməyə gücü və yeri olar. Təəssüf ki, bu gerçəyi anlamaq istəyənlər çox azdır. Özü də böyük Məmməd Arazın dediyi məşhur bir fikri ortada olduğu halda:

Dünya sənin, dünya mənim,
dünya heç kimin.

Doğurdan da mənim, sənin və heç kimin olmayan bu dünyayla öcəşmək, onu sınaq, özü də cinayətlərin sınaq meydanına çevirmək insanlığın ən böyük yaramazlığıdı. Necə deyərlər, çörək yediyi qaba... kimi. Nə isə...
Mən dünyanın vəkili deyiləm, nə də onun hüquqlarını qorumaq fikrim yoxdu. Sadəcə, biz insanların, xüsusilə söz adamlarının bəzən haqsız yerə dünyadan inciməyimiz, onu qınamağımız, ona etiraz etməyimiz mənə bu fikirləri yazmaq imkanını verdi. Təbii ki, bu da adı böyük hərflərlə yazılan, əməli böyük hərflərlə vurğulanan, insanlığın şərəfi, namusu kimi uca tutulan dahilərin, dühaların yaşayan xidmətlərinin diqtəsidi. Yəni məhz mən bu vurğuladığım İNSANlara söykənərək dünyanı müdafiə etmək fikrinə düşdüm. Amma...
Amma bir gerçək də var ki, baxıb getdiyimiz bu dünyada bir insan ömrünün halal və haram, doğru və yalan, nəhayət, sevgi və nifrət anlayışları da ortağına çevrilir.
Bir az da açıq ifadə etsəm, yəni insan öz içində mələyə də, iblisə də yer vermək gücündədi. Həmin o mələk və iblisin hansı ürəkdə yerləşməsi artıq digər insanlara da münasibətdə elə dünyaya olan münasibət kimi formalaşa bilir. Yəni insan insanı sevirsə, onun bu dünyaya olan sevgisi də, təbii ki, ya sabun köpüyüdü, ya da ümumiyyətlə heç nədi. O nə qədər gözüaclıq etsə də, onun-bunun haqqını yesə də, ona-buna tor qursa da sonu məhz həmin unudulmaq, öz qazdığı quyuya düşmək deməkdir. Məhz bu mənada mən dünyanın əbədiliyinə, ədalətinə haqq verirəm. Hələ bu günə qədər kiminsə haqqının kimdəsə qaldığının nə şahidi olmuşam, nə də eşitmişəm, günahkar mütləq və mütləq layiq olduğuna çatır. Ən azından o, bir insan kimi dəfn olunmur, basdırılır, üstü torpaqlanır və elə həmin andaca itir...
Hə, mən də kirayənişin olduğum bu dünyada bütün bu gerçəkliklərin fonunda aydın şəkildə görüb və dərk edirəm ki, rəhmətlə lənətin arasında məsafə bir göz qırpımıdı, bir andı. Necə ki, hər kəsin sevgisini, hər kəsin könlünü fəth edənlər, yəni zaman-zaman xatırlananlar o bir anda əbədiyaşarlığı qazanırlar.

Qazancım bir çörək, bir də ki, kirə
Dərdimi üyüdür dişsiz kirkirə...
Qapı da açılmır mən də bir girəm-
Deyəm dərdim budu, dərmanımı ver!
Bilmirəm savabla günah yarımı
Düzür muncuq kimi gün ahlarımı...
Söyləyib üzümə günahlarımı-
Mənim də yazılı fərmanımı ver!

Sıxdıqca azalır, tükənir şirə
Mən nə and yeriyəm, nə də ki, pirəm...
Sənə ünvanlanan sual, fikirəm-
Əlimdən aldığın hər anımı ver!..

***
Mən bu yazını bir gün öncə tamam fərqli düşünmüşdüm, tamam fərqli yazmaq niyyətindəydim. Amma ötən gecənin yaşantıları mənim içimi alt-üst etdi. O şoku düşünmək, xatırlamaq belə istəmirəm. Sadəcə, əl boyda bir uşağın qışqırtısı, göynərtisi hələ də qulaqlarımda səslənir və elə bilirəm ki, bu, dünyanın sonu deməkdi, bu, mənim gücsüzlüyüm deməkdi. Və ümumiyyətlə, kiçiklərin, hələ özünü ifadə edə bilməyənlərin qarşısında böyüklərin yazıqlığı, hətta sınıb çiliklənib tökülməyi deməkdi. Təsəvvür edin ki, bir-iki sözdən başqa heç nəyi deyə bilməyən bir uşağın öz ağrısını çatdırmaq üçün bütün gücüylə bağırması və heç vəchlə sakitləşməməsi böyükləri hansı duruma salır. Bunu təsəvvür etməyin özü də məncə ağırdı. Ona görə də mən həmin o ağırlığın içərisində çabalaya-çabalaya özümə də, insanlığa da, dünyaya da az qala asi olmaq istəyirdim və bəlkə də oldum və bundan da xəbərim olmadı. Sadəcə, bağıran uşaqla birlikdə gizlədə bilmədiyim göz yaşlarım da nə ağrını, nə də uşağı sakitləşdirdi. Eləcə bir gecənin şoku bir gün öncə düşündüyüm və az qala yazıb bitirdiyim mövzunu yaddaşımdan sildi. Ona görə də indi bilgisayara diqtə etdiyim bu yazının dünyayla, həyatla, insanla bağlı notları məhz o bir andan qaynaqlandı. Yəni bir an içərisində gözdən yayınan uşaq özünə də acılar çəkdirdi, böyüklərin də acizliyini ortaya qoydu. Deməli, ən böyük güc sahibi elə o bir andı. Onu yaşamaq da olur... onu yaşatmaq da... onda ölmək də...
İndi düşünürəm ki, biz gerçək faktları görə-görə, bilə-bilə özümüzü görməməzliyə, bilməməzliyə yuvarlayıb niyə özümüzdən bu qədər uzaqlaşırıq. Axı hər şeyi ölçmək, biçmək, düşünmək, ağıllı qərar vermək, özü də hamımızın xeyrinə qərar vermək imkanımız olduğu halda niyə məhz kimisə, nəyisə düşünüb kimə görəsə, nəyə görəsə addım atırıq. Axı o atılan addım da, o deyilən söz də, o çıxarılan qərar da elə bir anın bəhrəsidi, göstəricisidi.
Təəssüf ki, məhz həmin o dediyim bir anı hamıya şamil etmək, ondan hamını bəhrələndirmək mümkünsüzdü. Bu yerdə duyğusal adamların hissə qapılması, ürəyinin param-parça olması, acı çəkməsi qaçılmaz və təbiidi. Çünki duyğusallar o anı duyurlar, o anı hiss edirlər, o anı özlərindən keçirirlər.

Bir anda paralandı
Neçə yerə ürəyim...
Göy ondan aralandı-
Köçə yerə ürəyim!..
Sızıldadı dil, dodaq
Selə batdı göz, yanaq...
Düşdü bir anda oddaq-
Üçcə yerə ürəyim!..

Od fələkdi kömürü mən
Çınqıl qopmaz kömrümdən...
Ağrın kəsdi ömrümdən-
Heçcə yerə ürəyim!..

Bizim bir xoşbəxtliyimiz var. Təbii ki, söhbət yazı adamlarından gedir. Bu xoşbəxtliyi bizə alın yazımız kimi Tanrı bağışlayıb. Yəni biz başqalarından fərqli olaraq içimizi, düşüncələrimizi kağıza köçürüb özümüz özümüzə təsəlli verə bilirik, azacıq da olsa rahatlanırıq. Bax, bu mənada mən bütün dualarımda Allahıma mənə verdiyi bu xoşbəxtliyə görə sonsuz minnətdarlığımı ifadə edirəm.
Öyünmək üçün demirəm və bunu mənə qəbahət də saymayın. Ola bilsin ki, mənim yazdıqlarım oxucu üçün heç nədi. Ən yaxşı halda deyək ki, bir cızmaqaradı, bir topa sözdü. Amma mənim özüm üçün hər yazı bir övladdı - istər qüsurlu olsun, istər hər nöqtəsi, hər vergülü yerində!..
Bax, bu yazının özü də mənim bir gecədə yaşadığım, düşündüyüm, ağlımdan gəlib keçənlərdi. Onun bəlkə də oxucuya iynəucu boyda da dəxli yoxdu. Amma tam əminəm ki, mənim həmin o yaşadıqlarımı bu məmləkətin insanlarının ən azı bir faizi yaşayıb. Və o bir faizin içərisində onu yazmaq istəyənlər də mütləq olub, bəlkə də yazıblar. Amma onlar öz düşündükləri kimi yazıblar, mən də öz yaşadığım kimi yazdım və bunun üçün də rahatsız deyiləm. Əksinə, belə hesab edirəm ki, həmin o bir faizin sözünü, duyğularını bölüşdüm. Hər halda bu həyatda mütləq düşüncələrini bölüşərək bununla da kiminsə yanında olduğunu, kiminsə uzanan əlindən tutduğunu göstərməlisən. Təbii ki, insan kimi!
Hə, mən indinin özündə də, yəni bilgisayarın yanında dayananda da, siz bu yazını oxuyanda da bölüşdüklərimə görə daxilən rahatam, həm də sizin məni necə qəbul edəcəyinizin parametrlərini özüm üçün cızmaq istəyirəm. Bilmirəm alınacaq yoxsa yox, hər halda bu yazıya elə bu kövrək misralarla nöqtə qoymaq istəyirəm. Çünki bu misralarda da mən yaşantılarımı sizinlə paylaşıram.

Özün özünə, gülüm,
Çox olsa da dost-tanış...
Hərdən məndən də danış-
Yadında təzələnim...

Söylə üzümə, gülüm
Mənəm sənin qadan da...
Şirin tikə dadanda-
Dadında təzələnim!..

Kaş ki, özüm də, gülüm
Qəlbə işıq tək dolan...
Sevgimə ana olan-
Qadında təzələnim!..

Bütün yaşadıqlarıma və sizə yaşatıqlarıma görə üzülsəm də, amma yazmaya bilməzdim.




YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-22
17:29 ÜMİD
15:24 İNSAN


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK