... Uşaq vaxtı dərsə gedib-qayıdandan sonra ya futbol oynayardıq, ya da evimizin yanındakı zastavanın yanında bir-birimizlə süpürləşərdik. Ağsaqqal, ağbirçək adamlar bizim dəcəlliyimizə və güləşimizə baxıb gülüb keçərdilər. Heç kim qəlbimizə və xətrimizə dəyməzdi ki, niyə günün böyük bir hissəsini bu cür oyunlara sərf eləyirik. Amma ağzımız nə idi ki, məktəbə getməyəydik, dərsimizi öyrənməyəydik...
Bax onda rəhmətlik Əvəz müəllimin əlindən canımızı qurtara bilməzdik. Hərçənd ki, bəzi ipə-sapa yatmayan dəcəl uşaqlar dərsə də getmirdi və bəzən dərsdən qaçırdılar da. Ancaq onların işi sonradan çox çətin olurdu. Günlərin bir günü məktəbə gedəndə o dəqiqə sinif rəhbəri həmin dəcəl uşaqların yaxasından yapışıb müəllimlər otağına aparardı. Orda da o dəcəl uşaqları elə günə qoyardılar ki, sonra onlar mum kimi yumşalardı və bir də dərsdən yayınmazdılar...
Hər ilin sentyabrın 10-15 arasında kənd məktəblərini pambıq yığımına görə bağlayardılar. Pambıq yığımı da o demək idi ki, heç kim yığımdan qala bilməzdi. Bütün siniflərin dəqiq uçotu aparılırdı. Məsələn, bilinirdi ki, filan sinfin uşaqları hansı briqadaya məxsus sahədə pambıq yığırlar. Düzdür, onda pambığın kiloqramı 10 qəpiyə alınırdı, amma bu 10 qəpiyin bərəkəti vardı. Ən az pambıq yığan uşaqların arasında məniydim. Mən də nə az, nə çox hər gün qapana 40 kiloqram pambıq qoyardım. Ancaq digər sinif yoldaşlarımız məndən daha çox pambıq yığırdılar. Elə uşaq vardı ki, 70-80 kiloqram pambıq yığırdı. Bu da 8 manat pul eləyirdi. Onu 3 aya vuranda isə bu gəlib çıxırdı 300 manata yaxın pula. Təbii ki, bu pulla bizim sinif yoldaşlarımızın bəzisi çox şey eləyirdi. Düzdür, bu pulları onlar xərcləyə bilməzdilər. Dədələrinə, analarına verərdilər. Valideynləri də bu halal puldan ancaq 5-10 manat həmin uşağın cibinə qoyardı...
Ümumiyyətlə, bizim tay-tuşlarımızın heç birisi pis vərdişlərə yiyələnməzdi. Tək-tük aramızda siqaret çəkən, araq içən uşaqlar vardı. Onlardansa biz gen gəzərdik. Bir dəfə yaxın uşaqlıq dostlarımdan Dılavər, Yavər və bir də mən pambığa getməmişdik. Zastavanın yanındakı yerdə oynayırdıq. Orda bir səngər qazılmışdı, o səngərin içində rahatca oturub dərdləşirdik. Deyirdik ki, nə yaxşı bu gün pambıq yığmağa getməmişik. Evdən götürdüyümüz yeməyi də həmin səngərin içərisində bal kimi yeməyə başladıq. Bu vaxt gördük ki, rəhmətlik Oruc kişi bizim başımızın üstünü kəsdirib. O, əsəbi halda dilləndi:
- Camaat pambıq yığır, siz də kahanın içərisində oturub kef eləyirsiniz. Bu dəqiqə Əvəz müəllim gəlib sizin canınızı alacaq. Bəxtiniz onda kəsdi ki, Əvəz müəllimin başı yolda bir adama qarışıb, tez aradan çıxmısınız, işiniz xarabdır...
... Biz hər üçümüz Oruc kişinin dediyi kahadan tullanıb çıxdıq və üzü pambıq sahəsinə doğru götürüldük. Həmin yerdən pambıq sahəsinə olan məsafə 200-300 metr olardı. Biz bu 200-300 metri elə bərk qaçdıq ki, Oruc kişi də buna məəttəl qaldı. Pambıq sahəsində tez torbamızı belimizə bağladıq və işə başladıq. Uzaqdan gördük ki, Əvəz müəllim biz gizləndiyimiz kahanın yanındadır. Hiss olunurdu ki, Oruc kişi ona nəsə deyib və Əvəz müəllim də biz tərəfə baxır...
Barmağımızı dişlədik və hər üçümüz "bu gün əvvəlkilərdən daha çox pambıq yığmalıyıq ki, Əvəz müəllim bizi danlamasın" dedik. Belə də oldu. Adi günlərdə 40 kiloqram pambıq yığan hər üçümüz həmin günü 45 kiloqram pambıq yıgdıq. Əvəz müəllim də axşam briqadanın pambıq çəkilən sahəsinə gələndə bizim çoxlu pambıq yığdığımızı öyrənib heç bir şey demədi. Qırımından hiss elədik ki, bu dəfə bizi bağışladı. Amma Əvəz müəllim şagirdi bir dəfə bağışlaya bilərdi. İkinci dəfə bu bağışlamaq heç vaxt olmazdı. Əgər bir şagird təkrar həmin səhvi eləsəydi, onda Əvəz müəllimin şilləsi onun qulağının dibində güllə kimi partlamalıydı...
... Bir dəfə pambıq yığan maşınlar üçün ayrılmış sahəyə həmin maşınlar girə bilmədi. Mexanizatorlar dedilər ki, maşın bu sahəyə girsə, dişləri xarab olacaq. Sahə isə ağappaq pambıqla doluydu. Elə oldu ki, bizim hamımızı həmin sahəyə buraxdılar. Hansı kola əl atırdın, ordan bol pambıq dərirdik. Amma pambığın çanaği, piş-pişə adamın barmaqlarını və əllərini dalayırdı. Buna baxmayaraq, əlimiz daha iti sürətlə hərəkət edir, torbaları tez doldurub və aparıb kisələrə boşaldırdıq. Başımız pambıq yığımına necə qarışmışdısa, zarafatlaşmağı da yaddan çıxarmışdıq. Bir də gördüm ki, pambıq kollarının ətrafına bir topa pambıq tökülüb. Külək tam yetişmiş pambıq kollarını necə sirkələyibsə, bəzi pambıq kollarından pambıq özü qopub yerə düşmüşdü. Mən də hər iki əlimlə həmin bir topa pambığı götürmək istədim. Bir az da irəlilədim və hər iki əlimi pambıq topasına uzadaraq onu yerdən götürdüm. Bu vaxt gördüm ki, əlimə yumşaq bir şey dəydi. Amma yenə fikir vermirdim. Diqqətlə baxanda gördüm ki, pambığın arasındakı yumşaq şey qıvrılıb yatmış gürzədi. Bir anlıq pambıq qarışıq həmin yumşaq şeyi var gücümlə kolların arasına tulladım. Bəxtim onda gətirmişdi ki, ayaqlarımla ilanı tapdalamamışdım və gürzə yatmışdı. Ilanı yerə atandan sonra qorxudan rəngim ağardı. Necə qorxmuşdumsa özümə gələ bilmirdim. Mənə su gətirdilər, bir az da dəsmalla yellədilər. Suyu içəndən və dəsmalı üzümdə yelləyəndən sonra özümə gəldim. Mən qorxub pis vəziyyətə düşəndə Dilavər və Yavər qardaşları gürzənin dalına düşüb daşla vurub öldürmüşdülər. Uşaqlar xallı gürzənin quyruğundan tutub o tərəf, bu tərəfə fırlayırdılar...
Həmin gündən sonra bir müddət qorxduğum üçün pambıq yığmağa getmədim. Insaf naminə demək lazımdır ki, məktəbin direktoru Əvəz müəllim də qorxduğumu eşidəndən sonra bir söz demədi. 10-15 gündən sonra isə yenidən pambıq yığmağa getdim...
Mövsüm ərzində 80 manat pul qazandım. Musiqiyə, xüsusən də tara və qarmona böyük marağım vardı. Istəyirdim ki, ya tarım, ya da qarmonum olsun. O vaxt mamam oğlu Tehran Bakıda Dəmiryol Texnikumunda oxuyurdu. Dedi ki, 40 manat ver, sənə tar alıb gətirim. Mən də 40 manatı verdim, gözlədim ki, mamam oğlu Tehran mənə tar alacaq. Aylar ötdü, il dolandı, Tehrandan səs çıxsa da, tardan səs çıxmadı. Bir gün eşitdim ki, mamam oğlu Tehranı texnikumdan qovublar, o da həmişəlik çıxıb gəlib kəndə. Sonra da Tehran mamam oğlu dedi ki, o pulları qızlara xərclədim, pulum olanda verəcəm. O hadisədən əlli il keçir, hələ də mamam oğlu Tehran əlimi piş-pişə yeyə-yeyə, pambıq çanağı dişləyə-dişləyə zülümlə qazandığım o pulu qaytarmayıb. Heç belə getsə qaytarmayacaq da. Bir dəfə görüşəndə dedim ki, çətin ki, sən o pulu qaytarasan, mən o pulu sənə halal eləmişəm. Amma Allah səni bağışlayacaq, yoxsa bagışlamayacaq, bax bunu bilmirəm?!
... Biz uşaq olanda elə bilirdik ki, kişilər yalan danışmırlar. Elə yalanı biz uşaq-muşaqlar danışırlar. Amma sonradan böyüyə-böyüyə gördük ki, uzaqda yox, elə bizim kəndə nə qədər yalan danışan kişilər var. Nə qədər qiybət eləyən, onun-bunun dalınca danışan adamlar var. Bir dəfə rəhmətlik əmimdən (atamıza əmi deyərdik) soruşdum ki, bəs, filankəs başına papaq qoyur, özü də yekə kişidir, yalan danışır. Əmim də məni diqqətlə dinləyib dedi ki, hər başına papaq qoyana və hər yaşlı adama kişi demək olmaz. Kişinin ağzından heç vaxt yalan söz çıxmaz və kişi heç vaxt düşməninə də böhtan atmaz. Bir "sən ölə!" görə bəzən kişilər ən ağır yükün altına girib və onu aşırıblar. Bax onda, hiss elədim ki, mənim əmim kişi deyəndə kimləri nəzərdə tuturmuş. Bizim kənddə kişilər olub ki, kiminləsə düşmənçiliyi olsa belə, onun ailəsinə, uşağına heç vaxt toxunmayıb...
... Yaşlı kişilər danışırdı ki, kənddə birinin digəri ilə qan davası olur. Bu da gecə saat üç-dörd arasında yay vaxtı tüfəngini götürüb düşmənini öldürməyə gedir. Çəpərdən baxan da görür ki, düşməni yatıb, yanında da arvadı, uşağı. Hirsindən bığlarını çeynəyir, tüfəngini çiyninə asır və asmamışdan öncə 6 patronu darvazanın ağzına qoyub gedir. Yəni mən səni öldürərdim, ancaq ailənə və uşaqlarına bağışlayıram...
... Səhər açılanda ev yiyəsi yuxudan oyanır və mal-qoyunu həyətdən çıxaranda qapının ağzında 6 patron görür. Arif adam olduğu üçün hər şeyi anlayır və deyir ki, düşmənim məni öldürə bilərdi, öldürmədi. Kişi hərəkətinə görə onun düşməninə hörməti artır. Düşmənçiliyi kişi kimi eləyir. Qisası onu övladlarından və aləsindən deyil, özündən alır...
... Əsl kişilər heç vaxt arvad kimi qiybət eləmir və heç kimin çörəyini tökmür. Əsl kişilərin bir sifəti olur, kişi kimi yaşayır, kişi kimi də ölür. Çünki kişilər heç vaxt yalan danışmırlar...