adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

insan=Dost=Sevgi=Dünya=Xozbəxtlik

FƏRHAD ŞABANOV
5196 | 2012-05-05 06:07
Kişi var darağı cibində, saçları səliqəli...
   
   Kişi var şalvarının ütüsü yerində, xətti dümdüz... Köhnə kişilərdəndi...
   
   Kişi var işində - gücündə, xərci yerində, hesabı bəlli...
   
   Kişi var ailəsinə can atır, evinə tələsir...
   
   Kişi var qadını zirvələrə qaldırır...
   
   "Kişi" var qadını zirvələrdən saldırır... Əsl "kişi" qadına əl qaldırır, bağırır-çığırır... "Kişi" var yatağına başqa qadınlar alır... "Kişi" var evinin yolunu tanımır...
   
   Qadın var ailə yaradır, anadır...
   
   Qadın var xoşbəxtlik saçır, həyat yoldaşıdır...
   
   Qadın var zərifdir, gözəldir, sevgi var edir...
   
   Qadın var daxmanı saraya çevirir, mələkdir...
   
   Qadın var kişini kişi edir... "Qadın" var kişini dişi edir...
   
   "Qadın" var ailə dağıdır... "Qadın" var ailənin üz qarasıdır...
   
   Gərək qadını "qadın"dan ayırmağı bacarasan. Gərək kişini "kişi"dən seçə biləsən. Hər insan özü seçir, öz yolunu. Hər insan özü seçir, öz həyat yoldaşını. Həyatınız istər uzun olsun, istər qısa. Həyatın bütün uğursuzluqlarına baxmayaraq yanınızdakı sizi dünyanın ən uğurlu insanı kimi hiss etdirə bilər. Və həyatda qazandığınız bütün uğurlara baxmayaraq, özünüzü tək-tənha hiss edə bilərsiniz. İnsan həyatının ən önəmli anı həyat boyu əlindən tutacağı insanı seçdiyi andır. Hər əldən tutmayın. Tutduğunuz əli buraxmayın. Xoşbəxt olmaq çox asandır. Pul-şöhrət hamısı yalandır.
   
   Dostlar var milyonlara dəyər. Həyat sizi sizdən xəbərsiz seçər. Deyər-gülər axşam-səhər. Özün qədər səmimi, özün qədər içdən...
   
   Səni sevirəm de dostuna, yoldaşına. Həyat darıxacaq qədər uzun deyil. Keçən günlər qayıdan deyil. Qucaqla sevdiyin yaxınları, vecinə alma qoy bağrı çatlasın paxılların.
   
   Allah da səni sevəcək sən onu sevdikcə. Dünya hələ var olacaq sevgimiz tükənmədikcə...

TƏQVİM / ARXİV