İkinci Dünya Müharibəsində azərbaycanlılar təkcə faşistlərə qarşı vuruşmayıblar. Sovetlərlə də mübarizə aparıblar. Düzdü, şəxsən mən özüm o zaman nə Hitler tərəfə olmuşam, nə də Stalin tərəfdə. Ümumiyyətlə bu tərəflərdə olmamışam.
Amma iş elə gətirib ki, bu yaşıma kimi 1941-45 savaşından bəhs edən 500-600 bədii, sənədli filmə baxmışam. Həmin filmlərdən ən azı 200-nə dəfələrlə tamaşa eləmişəm. Bəzilərinə indi də maraqla baxıram. Ona görə də bu qənaətdəyəm ki, Azərbaycandan davaya gedən və hər gün qara kağızı gələn insanlar sovetlərlə də mübarizə aparıblar. Yoxsa...
Yoxsa çox demirəm, bircə filmdə "nemeslərə" qalib gələn "bizimkilərin" sağında-solunda azərbaycanlı əsgər görünərdi. Sovet ideologiyası bütün sənət əsərlərində olduğu kimi, kinoda da bu məsələyə ciddi fikir verirdi. "Stalin uğrunda!" qışqırıb Hitlerin adamlarına qarşı vuruşan rusun, belorusun, ukraynalının böyür-başına digər millətdən də bir nəfər qoşulurdu. Amma faşistlərə qalib gəlməkdə kömək edənlər ya özbək olurdu, ya qazax, ya da uzaqbaşı tacik... Nə "Azadlıq"da, nə "Qələbə"də, nə "Baharın on yeddi anı"nda, nə "Onlar Vətən üçün vuruşurdular"da, nə "Əsgər atası"nda, nə "Döyüşə yalnız qocalar gedir"də, nə "Burda üfüqlər sakitdir"də... Azərbaycanı təmsil edən döyüşçüyə yer olmadı. "Sovetlərlə" "nemeslərin" davasından bəhs edən filmlərdə azərbaycanlı mayor demirəm, sıravi azərbaycanlı axtarmaqdan gözlərimizin kökü saraldı. Bir də ayılıb gördük ki, faşizm üzərində tarixi qələbədən 67 il ötür. Möhtəşəm qələbədən bəhs edən filmlərdə isə Bakının benzini ilə Almaniyaya uçan hərbi təyyarələrdə bircə nəfər azərbaycanlı da yoxdu. Bizim neftimizlə çənini doldurub faşistlərin üstünə yeriyən tankın içindəkilərdən heç biri azərbaycanlı deyil.
Qızıl kimi vaxtını bu yazını oxumağa sərf edən dəyərli "Ədalət"sevərlərdən bəziləri etiraz edib azərbaycanlı zabit və əsgərlərin göründüyü bədii filmlərin adlarını sadalaya bilərlər. "Bizimkilərlə" "nemeslərin" davasından bəhs edən filmlərin köhnə azarkeşi kimi elə mən də saya bilərəm. "Uzaq sahillərdə", "Sizi həyatımdan çox istəyirdim"... Əfsanəvi partizan Mehdi Hüseynzadə, görkəmli sərkərdə Həzi Aslanov bu filmlərin baş qəhrəmanlarıdı. Hələ mən azərbaycanlıların arxa cəbhədəki həyatını əks etdirən "Bizim Cəbiş müəllim", "Tütək səsi", "Şərikli çörək", "Mən ki gözəl deyildim..." kimi son dərəcə təbii ekran əsərlərini demirəm. Bir iş var ki, bu filmləri özümüz çəkmişik.
Bir iki gündən sonra alman faşizmi üzərində tarixi qələbə 67-ci dəfə qeyd olunacaq. Rusiya telekanalları artıq neçə gündü ki, həmin qanlı-qadalı illərdən bəhs edən filmləri göstərir. Ruslar, beloruslar, ukraynalılar Hitlerin adamlarını çıxdıqları yerə qədər- Berlinə kimi qovub məhv edirlər. Bir-iki özbək, qazax, uzaqbaşı tacik topa güllə qoyur, qışqırır, ən yaxşı halda səngərdə oturub tibb bacısına şeir yazır. Milli telekanallarımızda bir az fərqli mənzərədi. Evlənməklə boşanmaq arasındakı fasilələrdə "Uzaq sahillərdə", "Sizi həyatımdan çox istəyirdim" göstərilir. Aradabir "Bizim Cəbiş müəllim" görünür, "Tütək səsi" gəlir, "Şərikli çörək" barədə düşünmək olur. Əlimizdə-ovcumuzda olanı budu.
Hitlerin məhv edilməsində Azərbaycan xalqının göstərdiyi rəşadət və misilsiz qəhrəmanlıq kinoda bir rola da dəymədi. İndi durub Almaniyanı suçlu çıxarmaq fikrində deyiləm. Onsuz da bu gün onları tənqid etmək üstündə uzun bir növbədi. İstəsəm də mənə növbə çatmayacaq... Sovetləri də tənqid edib lap dərinə getməyin yeri yoxdu. Çünki sovetlərin özləri bu gün artıq yoxdu.
Möhtəşəm tarixi zəfər ərəfəsində məni tamam başqa bir şey düşündürür. Azərbaycanın paytaxtında, Bakının gözəgəlimli bir yerində İkinci Dünya Müharibəsinin iştirakçılarının, bütün Avropanı faşizmdən xilas edən azərbaycanlıların xatirəsinə niyə bir abidə ucaltmırıq? İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən yeganə azərbaycanlı Həzi Aslanovun, "Mixaylo" ləqəbli gerçək qəhrəman Mehdi Hüseynzadənin abidəsi qoyulan ünvanları mənə xatırlatmaq istəyən dəyərli oxucuları da başa düşürəm. Lakin söhbət fərdlərdən getmir. İkinci Dünya Müharibəsi başlayan gündən doğma evindən Berlinə qədər vuruşan, Avropanın müxtəlif ölkələrində həyatını itirən, sağlamlığından olan, faşizm üzərində qələbədə iştirak edən minlərlə soydaşımız olub. Bakının mərkəzində onların bu qəhrəmanlığını əks etdirən bir abidə ucaltmaq çoxmu çətindi?
Tutaq ki, SSRİ zamanında kinoda azərbaycanlı döyüşçü obrazı yaratmaq yasaq idi. İndi ki sovetlər yoxdu, gediblər işlərinin dalınca. Bu gün sovetlərin acığına yalnız azərbaycanlı döyüşçüləri göstərə bilən bir filmin çəkilməsinin heç yeri yoxdu. Amma abidə kompleksi ucaltmaq mümkündü və lazımdı. Özü də bu abidə müharibədə həyatlarını itirənlərə yox, bizə lazımdı. İkinci Dünya Müharibəsinin vurduğu yaraları unutmamaq, bu savaşda iştirak edən babalarımızın qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq üçün.
Bakı son illərdə əməlli-başlı dəyişib. Bu dəyişikliyi görmək üçün nə Aydan gəlmək lazımdı, nə də Aya getmək. Yeni Bakı hamımızın gözü qabağındadı. Paytaxtımızda klassiklərimizə, dahi azərbaycanlılara qoyulan heykəllərin də sayı artıb. Bakı heykəllər şəhərinə çevrilməkdədi. Puşkin, İonesku, Motsart kimi dünya mədəniyyətinə şedevrlər bəxş edən böyük şair və bəstəkarlara da paytaxtımızda abidələr qoyulub. Faşizm üzərində qələbədə pay sahibi olan soydaşlarımıza xatirə abidəsi ucaltmaq üçün də yəqin ki, Bakıda yer tapılar.
Gəlin bu işə indidən başlayaq. Heç olmasa bu məsələni erməni faşistlərindən azad olunacaq Şuşada kabab yeyəndən sonraya saxlamayaq...