adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Iyul 2015 16:29
38833
AVTOMABİL
A- A+

625 min “Toyota” nasaz çıxdı

Yaponiyanın aparıcı avtomobil istehsalçılarından biri olan "Toyota” proqram təminatının nasazlığı səbəbindən təxminən 625 min "Prius” hibrid avtomobilini geri çağırdığını elan edib.

Geri çağırılanlar yalnız 2010-cu ilin mayından 2014-cü ilin noyabrınadək istehsal edilən modellərə aiddir. Əsasən Yaponiya bazarından 340 min, ABŞ bazarından 110 min, Avropadan isə 160 minə yaxın avtomobil geri çağırılıb.

Kompaniyanın bu qərarına qəza siqnalvericilərinin vaxtsız işə düşməsi və bəzi hallarda hətta nəqliyyat vasitəsinin istismarı zamanı avtomobilinin əsas hibrid sistemlərinin sönməsi ilə nəticələnə bilən proqram təminatındakı nasazlıq səbəb olub.

Qeyd edək ki, 1937-ci ildə əsası qoyulan "Toyota Group"un ən iri bölməsi - "Toyota Motor Corporation" Yaponiya avtomobil sənayesinin lideridir. 3