İş gününün sonunda qapı açıldı. Və o, həmişəki səmimiyyəti, özünəməxsus utancaqlığı ilə otağa daxil oldu və yenə heç kimdə duymadığım istiqanlılıqla kiçik bir xahiş etdi. Qəzetin səhifələri dolduğundan onun xahişini yerinə yetirə bilmədim, heç nə demədi. Sağollaşıb getdi. Onun gəldiyi kimi də səmimi bir şəkildə otağı tərk etməsi bir anda məni özümdən alıb apardı. İnanın ki, otaqda dayana bilmədim. Tez ardınca qaçdım ki, ona çatıb gətirdiyi elanın mətnini ondan alım,amma çata bilmədim. O artıq avtobusa minmişdi. İki istirahət günü mənim üçün dözülməz dərəcədə sıxıntı ilə keçdi. Özümü yaman günahkar sayırdım. Nəhayət iş həftəsi başladı və mən həmin qayğıların içərisində başımı yazı-pozu ilə qatdığım bir məqamda yenə qapı döyüldü. Gələn o idi. Dərhal ayağa qalxıb günahkar bir şəkildə onu qarşıladım. O da özünəməxsus bir şəkildə heç nə olmamış kimi mənim xahişimi yerinə yetirdiyini, yəni təzə kitabını gətirdiyini bildirdig
Aldım kitabı. Üz qabığı mənim üçün son dərəcə doğma gəldi. Yəni kitabın üzərindəki şəkil bir neçə il öncə xalq şairi Zəlimxan Yaqubun xeyir-duası ilə işıq üzü görmüş "Ürəyimdəki sənsən" kitabımı mənə xatırlatdı. Orda da söhbət mələkdən gedirdi, burda da. Bilmirəm bu təsadüfdü, yoxsa ruh yaxınlığıdı. Amma hər nədisə, doğrudan-doğruya məni özünə çəkdi. Və mən cəmi iki-üç gün müddətində "...aranızdakı bir mələk" kitabını oxuyub başa çıxdım. Oxuduqca da mənə elə gəldi ki, burdakı bəzi fikirləri, bəzi misraları, hətta bütöv bəndləri mən özüm pıçıldayıram, mən özüm yazıram, mən özüm deyirəm. Hardasa oxumuşam ki, ruhlar, düşüncələr bəzən bir-birinə qoşulur, bir-birini tamamlayır. Buna beyinə qoşulmalar deyilir. Ola bilsin ki, mən də hardasa onun fikirlərinə, ruhuna qoşula bilmişəm, yollarımız kəsişib...
"...aranızdakı bir mələk" kitabı "Yazıçı" nəşriyyatında işıq üzü görüb. Çox nəfis şəkildə çap olunmuş bu kitab məndə müxtəlif duyğular oyatdı. Öncə ona görə ki, bu kitabda illər bir-birini əvəz etdikcə müəllifin də illərlə, aylarla bərabər necə inkişaf etdiyini, necə özünü tamamladığını, təsdiqlədiyini, ifadə etdiyini müşahidə etmək mümkün idi. Digər tərəfdən bu inkişaf mərhələsi müəllifin oxucuya verdikləri ilə yanaşı, onun dünyadan aldıqları baxımından da çox qəribə nüanslarla özünü əks etdirir, tamamlayır. Üstəlik, dünyanın da namərdlik edib müəllifin ürəyinə əl uzatdığı, ondan ən çox sevdiklərinin bəzilərini qoparıb aldığını da burada görməmək, duymamaq qeyri-mümkündü. Bax, bu yanaşmaların içərisində, bu ovqatların fonunda mən ruh dostum, qələm qardaşım Şükür Şənolun az qala tərcümeyi-halını da görürəm. Onun zamanın dəyirmanında üyünə-üyünə bütövləşdiyini də, sərtləşdiyini də, dözümünü də müşahidə edirəm. Üstəlik, onun hamıdan xəlvət, yalnız Tanrıya bəlli bir şəkildə için-için əriyib getdiyini də duyuram. Zənnimcə, bunlar heç də təsadüf deyil. Çünki Şükür Şənol özünü yaza-yaza həm də başqalarının özünə münasi bətini də, özünə yanaşmasını da misralara hopdurmağa çalışır.
Etiraf edim ki, mən onun ancaq mətbuatdakı yazılarını, şeirlərini oxumuşam. Jurnallarda, qəzet səhifələrində yayımlanan misralarının aurasında olmuşam. Necə deyərlər, bəxtimə onun kitabları ilə baş-başa qalmaq düşməmişdi. Axır ki, mənə belə bir xoş təsadüf nəsib oldu və mən Şükür Şənolu bütöv, tam bir şəkildə mənə verdiyi kitabda oxumağa başladım.
Hər bir şairin yaradıcılığı təkcə ortaya qoyduğu kitabların sayından ibarət deyil. Mənə elə gəlir ki, bir şeir, bir hekayə kifayət edir ki, onun sahibinin ədəbiyyatda, ədəbiyyat tarixində yeri olsun, izi olsun. bununla bağlı yetərincə nümunələr göstərmək mümkündür. Amma bir məsələ var ki, bugünün kitab bolluğunda oxucuya üz tutub onunla fikir bölüşmək, onu özünün həmsöhbətinə çevirmək asan olduğu qədər də çətindi. Çünki nəşriyytalar, nəşrlər çoX. Əsl kitablar əvə sl oxucu isə təəssüf ki, bu gün azdır. Bax belə bir vaxtda bir neçə fəsildən ibarət olan "...aranızdakı bir mələk" kitabını oxumaq və ya oxucuya oxutmaq istəyi Şükür Şənolun şair haqqıdır. Çünki onun bu kitabında duyğular o qədər pak, fikirlər o qədər aydın, pıçıltılar o qədər səmimidir ki, onun yanından keçmək, onu görməmək mümkün deyil. Şairin yaradıcı həyatının bir neçə mərhələsini, xüsusilə erkən gənclik, tələbəlik və son illərini özündə birləşdirən nümunələrin toplandığı bu kitabın "Məni Tanrı istədi" şeirinə diqqət yetirək:
görürəm bu gecə də
ayaqüstə və yuxusuz qalmısan
boğulmusan qəhərin, təlaşın içində
məni yuxuya verib
ötən gecələrdəki kimi
ağlamısan bir də və yenə də
günlərin, ayların yorğun gözlərindən
sel kimi axan
yaşın içində görmüsən məni...
Bəli, bu misralar özünə hopdurduğu fikirlərlə məncə hər şeyi deyir. Sadəcə, şərh kimi yox, eləcə duyğularımı ifadə etmək üçün xatırladım ki, yaşanan kədərin, qayğının və ürəyə vurulan ağrının yaratdığı mənzərəni, gerçək tablonu məncə bundan gözəl ifadə etmək çox çətindir. Bir anlıq hər birimiz gözümüzün önünə məhz bu mənzərəni gətirsək, bir damın altında ağrının bir ailədə necə yaşandığını tam anlamış olarıq.
Şükür Şənolun ədəbiyyatımızda öz yeri olan Seyran Səxavətə yazdığı "Bu şəkildən arxada" şeirini oxuyuram:
yadımda, haqqında beş-on söz
və daha çox söz və sənin rəsmin
fikirlərimdə
yağış gölməçəsinə düşmüş rəsmin
nədənsə qəlbdən istəyirəm
rəssam dostum şəklini
elə o sayaq, elə çəksin...
Bu şeiri oxuyub gözümün önünə Seyran Səxavətin bütün yaradıcılığını gətirdim. Onun əl boyda olan ilk kitabını - "Mənim planetim"i xatırladım. Ardınca neçə-neçə kitablar gəldi və mən bir anlıq elə bildim ki, dupduru yağış suyundan yaranmış gölməçəsində güzgüdən də parlaq, şəffaf bir əksetdirmə var. Bax, həmin o parlaqlıqda Seyran Səxavətin özü və sözü əks olunub. Özü də düppədüz, necə var elə!!! Və bunun ardınca Şükür Şənolun Aqil Abbasa yazdığı şeiri gəlir. Bilmirəm bu ardıcıllığı müəllif özü istəyib, yoxsa tərtibçi, amma şeirlərin bir-birini tamamlaması baxımından çox orijinaldı. Şair yazır:
əllərini rəngə döy
bütün rənglərin boyanın şirəsi
əlində, barmağında
əllərini göyə tut halələnsin böyük göy......
Qəribədi, hər birimiz yeddi rəngin mövcudluğunu bilirik, yeddi boyanı tanıyırıq. Əllərin rənglərə döyülməsi əslində rənglərin həm də əllərə hopmasıdır. Əllər, barmaqlar göy üzünə qalxanda günəş şüasına da çevrilə bilər, göy qurşağına da. Amma şair bu halələnmiş, yəni göy üzü boyda olmuş əllərin bir nisgili olduğunu da şeirin sonunda oxucuya çatdırır. Vurğulayır ki:
can Qarabağ, can Vətən
uğrunda məni başsız qalmağımız yandırır
əllərini ver göyə
bu buludlar
çox müqəddəs
ələmləri andırır...
Yəqin ki, "ələmlərin" nəyə işarə olunduğu da məlumdu. Onun şərhə ehtiyacı yoxdur.
Şükür Şənolun digər dostlarına - Arif Əmrahoğluna, Rəşad Məcidə, Vaqif Bəhmənliyə yazdığı şeirlər də qəribə ovqat yaradır insanda. Bu qəribəliyin gerçək üzü odur ki, şeirin ünvanları misralar arxasında görünür. Məsələn, Vaqif Bəhmənliyə yazdığı şeirdəki kimi.
yarrı-yaraqlı anlımı
anam, qızım görüb
dostlarım görüb
qəlbdən, ürəkdən ağrıyır
mənə olan istəyindən
bu acını yar-yaxama Tanrı hörüb
özü halımı ağlayır...
və yaxud Ramiz Rövşənə yazdığı şeirdə:
bu, yıxacaq belə kimi
bu ayaqdan ələ kimi
dağdan ağır şələ kimi
yol gedirəm bu sözlə...
alıb yuxumdan aparır
tutub yaxamdan aparır
dartıb çuxamdan aparır
yol gedirəm bu sözlə...
Şükür Şənol qələmə könül verdiyi gündən yol gəlir, söz yolu. O yolun cəfasını da bilir, səfasını da. O yolun cəfasına da dözür, səfasını da umur. Amma neyləyək ki, bizim günümüzdə sözün səfası hər adama nəsib olmur. Bir də yaxşı ki, olmur. Əgər olsa, onda biz sözə bir az yuxarıdan aşağı baxarıq, bir az ona laqeyd olarıq. Elə səfası az olduğu üçün biz onun cəfasını səfa hesab edə-edə sözün yolçuluğunu etməkdəyik. Bu şeirdə olduğu kimi:
nağıllar dünyası
arxada qaldı, şosse yolu tək
yeni dünya
aldı məni öz qoynuna anamın qolu tək......
və yaxud:
quzum indi moruq qoxulu
qəhvəyi saçlarına
nərgiz yuxulu
qaraca gözlərinə həsrətəm......
Mən hərdən Tanrının söz adamlarına səxavətlə sonsuz bir xoşbəxtlik bəxş etdiyinə heyran qalıram. Çünki bu xoşbəxtlik söz adamlarına verilməsəydi, onda onların ürəyi dərhal bir göz qırpımında partlaya bilərdi. Görünür, Allah söz adamlarına məhz yazmaq, sözlə baş-başa qalmaq imkanını ona görə səxavətlə verib ki, onların ürəyi partlamasın, onlar özlərini, duyğularını ifadə edə bilsinlər. Yazıb-yaratmaqla yanaşı, həm də yaşayıb, yaşada bilsinlər. Bu mənada Şükür Şənolun şeirlərində onun Tanrı payının səxavətlə verildiyi rahatca görünür. Şair dostum da bu istedad payından, bu söz çələngindən məharətlə yararlanır, onu ilmə-ilmə, naxış-naxış misralayır, fikir yükünü cilalayır və oxucusuna hədiyyə edir:
babam deyir, nənəm deyir
bərəkətdir yaz yağışı...
göyərəcək bu torpağın
çiçək, çəmən, ox naxışı...
və yaxud:
girmərəm şehli gülüstana belə,
çıxmaram dağları seyrana belə,
salmaram meylimi ormana belə-
səndən ayrı,
səndən ayrı......
Mən Şükür Şənolun "...aranızdakı bir mələk" kitabını təhlil etmək fikrində deyiləm. Heç buna cəhd etsəm də heç nə alınmaz. Sadəcə, mən bu kitabı oxuduqca özümə doğma olan və görə bilmədiyim çox ünvanları, çox mətləbləri gördüm, gəzdim, dolandım. Üstəlik də bu kitabda mən ruhların izinə düşdüm. Çalışdım ki, onların da pıçıltısını eşidim. Nə qədər alındı deyə bilmərəm. Amma inanın ki, bu kitabda mələklərin nəfəsi, ruhların pıçıltısı yaşayır. Sadəcə onu vərəqləmək, onunla baş-başa qalmaq kifayətdir ki, o nəfəsi, o pıçıltıları duyasan...