adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Iyul 2015 14:30
39101
AVTOMABİL
A- A+

Bakıya giriş açıldı

Bakı-Ələt avtomobil yolunun "Bibiheybət” məscidindən  şəhərə doğru olan istiqamətdə aparılan təmir işləri artıq yekunlaşıb. Azəryolservis”ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, yolun təmir olunmuş hissəsində nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

 

Qeyd edək ki, təmir işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış ərazilərində asfalt-beton örtüyü qaşınaraq, yenisi ilə əvəz olunub. 


İşlər Nəqliyyat Nazirliyi və "Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında qısa müddət ərzində keyfiyyətlə görülərək, yekunlaşdırılıb.