adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

CƏLLADLA üZ-üZƏ

329848 | 2012-04-19 15:48
Siqaret kötüklərinin
   
   bol olduğu,
   
   bircə külək həmləsiylə
   
   yox olduğu,
   
   qəbirstanlıq mollasının yorulduğu,
   
   ən tənha məzarı seçib,
   
   üzərində oturduğu,
   
   uzaq sarı işıqların ac,
   
   zülmətin tox olduğu,
   
   lüm-lüt qış ağaclarının mənə
   
   bahar fəsli
   
   boyun olduğu,
   
   insanların öz kölgəsini
   
   fahişə kimi soyunduğu,
   
   divarlara
   
   yad kölgələrin qonduğu,
   
   küləyin sait, ağacların samit
   
   səs olduğu,
   
   səfehliyin mənə aid olduğu,
   
   it-bat bir yerdə,
   
   harda, "Makdonalds" dükanı
   
   hələ açılmayıb,
   
   hələ təmirdədi,
   
   təmirdəg
   
   Harda, bütün millət qeybə çəkilib,
   
   soruşsan "hardadılar?"
   
   deyərlər əsnəyə-əsnəyə-"Dövlət
   
   tədbirinə gediblər,
   
   dövlət tədbirinə"...
   
   yerdə oturmuş tumsatan
   
   bir qarı gördüm...
   
   siqaretimi söndürdüm...
   
   
   
   ***
   
   Gözlərində meyid vardı bu qarının
   
   kirli dırnaqlarında
   
   ölüm,
   
   Aygün Kazımovanın mahnısını
   
   oxuyurdu
   
   vücudundakı zülmət-"
   
   Qoy işıqları söndürüm!"
   
   Arxasında isə yetim kitab dükanı...
   
   əli altında-
   
   -fizika-riyaziyyat dərslikləri,
   
   Kafkanın gündəlikləri,
   
   Quran təfsirləri,
   
   Ümmülbanunun "Paris günləri"...
   
   Müştəri gəldimi,
   
   cibini eşələdimi,
   
   ağzına gələni çərənlədimi,
   
   beşcə qəpik ələ dəydimi,
   
   o qarı, bir səhifə qoparır
   
   həmin bəxtsiz kitablardan,
   
   Vaxsey, Marks "Kapital"ının
   
   düz ortasından!
   
   dürmələyib, içinə qara tum tökür...
   
   dildə, hökuməti söyür,
   
   müştərinin dərdini alır,
   
   başına dönür,
   
   İşdə, hikmət dünyasını sökür,
   
   Çökür, Nizaminin "Sirlər xəzinəsi"...
   
   Ütülür, "Kapitan Nemo"nun
   
   bütün fəlsəfəsi.
   
   
   
   ***
   
   Allah, nə qədər ümüdsüzdür
   
   önümdəki kitab dükanı...
   
   Hə, burda yeyib doyar,
   
   hıçqırar
   
   Rəssam Rembrantın
   
   tünd boyaları...
   
   Allah, bu qarıdan it kimi qorxar
   
   Paris milli kitabxanası!
   
   Satdığı Şəki halvasını,
   
   o, gör necə bükür
   
   Bulqakovun Masterinə,
   
   Marqaritasına...
   
   Hə, burda mən uduzdum,
   
   udqundum...
   
   Oturdum,
   
   yer üstə deyil, daş üstə deyil,
   
   elə öz üzərimdə...
   
   Bütün tunc heykəllərin
   
   ağır əlini hiss etdim
   
   öz zəif çiyinlərimdə...
   
   belə hallara düşən vaxt
   
   şairlər şer yazar,
   
   nənələr corab toxuyarmış,
   
   mərsiyələrin sait səsləri uzanarmış
   
   uzaq Kərbalaya qədər...
   
   indikilər isə bu halında ancaq
   
   ucuz dezedorant fısqırdarmış
   
   öz dərin qoltuqlarına...
   
   De, axı kim?
   
   hansı münəccim,
   
   sifətlərdəki hansı zəhm,
   
   oturtdu bu tumsatan qarıları
   
   kitab dükanlarının
   
   qarşısında?
   
   Eh, süfrədəki duzumuz
   
   çoxdan bərkiyib,
   
   ona yüz il kimsə əl dəyməyib...
   
   əyri sifətin güc gəlib
   
   eynəyini də əyib...
   
   Eh, göndər bu qarını
   
   Hind, Misir məbədləri önünə...
   
   Vaxtı gəlib bunun,
   
   vaxtı gəlib...
   
   İsveçrə saatlazları əqrəbi
   
   xeyli geriyə çəkib,
   
   zamanı,
   
   yaxşı tənzimləyib...

Yazarın digər yazarlar

TƏQVİM / ARXİV