adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Yer kürəsinə qüsl lazımdır, amma deyəsən, gecdi daha...

321182 | 2012-04-19 15:51
Firqan SadıqHər dəfə küçəyə çıxanda, hansısa bir iş ucbatından şəhərə gedəndə gözübağlı gəzmək istəyi keçir könlümdən... İstəmirəm gözlərimi açım... Çünki, gözlərimi açanda istər-istəməz ruhum darıxacaq, ürəyim sıxılacaq. Yüz faiz bilirəm... *** Yolu keçmək istəyən zaman biri mənə yaxınlaşır. Üz-gözündən yorğunluq tökülür. Paltarı çox köhnə, əyni nazik. Titrəməyindən bilinir ki, üşüyür... Yazıqlıq ifadəsini sifətinə yaxıb dillənir: - Qardaş, Allah sənə kömək olsun, çörəkpulu ver mənə! - Nə verim? Çörəkpulu?-deyə soruşuram. - Hə,hə... Çörəkpulu... Allah səni saxlasın!Bu yazıq bəndəyə kömək elə, savabdı... Öz-özümə deyirəm ki, yox, bunun dərdi başqadır, deyəsən... - Acsan?-soruşuram. - Hə... - Onda gəl ardımca! - Hara?!-az qala qışqırır. Dayanıb üzünə baxıram, o da mənim üzümə baxır. - Gedək də... - Hara gedək ee? - Çörək istəmirsən, gedək alım da... Hiss edirəm ki, razı deyil... -Yox ee, pulu ver, özüm alaram. Bilirdim də, çörəkpulu istəyənə oxşamır. *** Somalidə aclıq var. Qıtlıq və aclığın üzdüyü uşaqları düşünəndə baş götürüb dünyadan qaçmaq istəyirəm.Amma nə fayda?!Dünyadan qaçmaq olsaydı nə vardı ki?! *** Parklarda, küçələrdə valideynlərinin əllərindən tutub şən halda, sevinclə atılıb-düşən uşaqlara baxanda ac-susuz,ayaqyalın-başıaçıq, yeməyə-geyməyə heç nə tapmayan, uşaq ola-ola uşaqlığı dadmayanlar gəlib durur gözümün qabağında. Fikirləşirəm ki, onların nə günahı var, görəsən?! Cavab tapmaq çətindi... *** Yer kürəsi günah və problem içindədir... Bəs, görəsən bu problemləri düşünməli olanlar kimlərdir? Qıtlıq və aclıqların, müharibə və qırğınların qarşısını kimlər almalıdır? Axı, deyilənə görə ölümdən başqa hər şeyin əlacı var... Belədirsə, onda bu sadaladığım problemlərin də həlli olmalıdır, demək ki... Lakin, biz bunu düşünmürük. Boynumuza düşən vəzifələri yerinə yetirməyib, yaxşılıqlar etməkdən çəkinirik. Mənafeyimizi güdə-güdə insanlıq hissimizi itiririk. İnsanlıq da itdisə, vəssalam! Daha heyvandan nə fərqimiz?! *** Demək olar ki, uşaqdan böyüyə hamı bilir: Hz.Nuh Peyğəmbərin dövründə tufan olub. Nuh tufanı deyirlər. Bir növ Yer kürəsi qüsl alıb, təmizlənib... İndi də yenidən həmin vəziyyət yaranıb: Yer kürəsi kirlənib, çirklənib, pis günə düşüb... Yer kürəsinin təmizlənməsi üçünsə, Seyran Səxavət demişkən, yenidən qüsl almağa ehtiyac var... *** Qüsl təmizlikdi... Amma, deyəsən gecdi daha...

Yazarın digər yazarlar

TƏQVİM / ARXİV