İLĞIM

ƏBÜLFƏT MƏDƏTOĞLU
31713 | 2015-07-10 18:20

Yaxşı günlərə olanümid

İndi göydən «od ələnir»…Belə havada yazı yazmaq, xüsusilə bilgisayar arxasında əyləşmək əsl cəhənnəm əzabıdı.Mən bunu diqtə etdiyim yazını kompüterin yaddaşına köçürən Gülər xanımın çöhrəsindəndə hiss edirəm. Onun sifətində turş alçanın yaratdığı bir fon əməlli-başlı özünübüruzə verir. Yaşıma hörmət edib səsini çıxarmadan (amma hiss edirəm ki, ürəyindənə isə deyir – Ə.M.) dediklərimi səbrlə yazır. Əslinə qalanda mənim dediklərim qeyri-adiheç nə deyil. Hamının bildiyi, hamının düşündüyü və çoxlarının da öz-özünə təkraretdiyi bəlli gerçəklikdi. O gerçəklik ki…

İndi təbiətin odabüründüyü vaxtı hər kəs gücünə, imkanına görə özünü bir kölgəliyə təpib. Kimi dənizqırağındadı, kimi dağda, bağda, kimi ölkədən kənarda, kimi Biləcəridə, kimi də«Azərbaycan» nəşriyyatında. Biləcəridən o tərəfə getmək imkanı olmayanlar özlərini,zamanı qınaya-qınaya qıçlarını qatlayıb oturublar evin bir küncündə. Ona görə küncdəəyləşiblər ki, onların fərsizliyindən evin, ailənin üzvləri də Biləcəridən bir addımo yana keçə bilməyiblər. Yox, deyəsən bir az hissə qapıldım. Amma dəqiq bilirəmki, Xırdalana gedənlər olub. baxma, Xırdalan da şəhərdi. Yayı orda keçirmək həradama nəsib olan iş deyil…

Tam səmimiyyətlə,əlimi ürəyimin üstünə qoyub and içə bilərəmki, Xırdalanı şəhər kimi xüsusi vurğu ilə təqdim etməyim bilgisayar yazarımızınürəyindən oldu, çöhrəsinə bir təbəssüm gəldi. Və bununla mən bayaqdan ürəyində ünvanımasəslənən qınaqlardan bir az xilas oldum. Bu da mənə rahatlıq gətirdi və bir dahaanladım ki, hər məqamı tutmaq, hər məqamdan yararlanmaq insanın öz əlindədi. Çünkiartıq xoş ovqat yaranıb və indi isti heç bizim vecimizə də deyil. Hətta temperatur50 dərəcə olsa belə. Səbəbi də ortada səmimyyətin, mehribançılığın olmasıdı. Yaxşıki, insanlar bir-birini anlaya bilir. Həmin anlayış da ömrün kritik məqamlarında,hətta adi bir narahatçılığın baş verdiyi anda bir-birimizin köməyinə çatmağa, bir-birimizinəlindən tutmağa, bir-birimizin işinə yaramağa imkan verir…

Bəli, yazının ilkcümləsində də vurğuladığım kimi göydən od tökülür. Bakı əsl yay məşəqqətini yaşayır.Bizlərin kondisioner, türk qardaşlarımızın klima dediyi cihaz da işimizə tam yaramır,köməyimizə tam çata bilmir. Çünki bir yandan da elektrikin lazımi voltda, amperdəolmaması öz sözünü deyir. Mən bütün bunları özümdə, yəni öz evimin içində də, çalışdığım«Ədalət» qəzetindəki iş otağımda da hiss edirəm, daha doğrusu, canlı şahidiyəm.Ona görə də yazdıqlarım bir xəyalın, bir yazı adamının obrazlı, bədii təqdimatıyox, gerçəkliyin özüdü. Deməli, temperaturun yüksəlməsi bizim iş əmsalımızı da aşağısalır. Və bu da üzrlü səbəbdən olduğuna görə, heç kim heç kimin üzərinə getmir.Yəni burada da insan anlayışı təkcə məfhum kimi yox, həm də gerçəklik kimi özünüsübut edir. Mən də sübutlardan çıxış edərək vurğulamaq istəyirəm ki, havanı nəzərəalmaq yazarlar kimi oxucuların da borcdu. Əgər hansısa bir yazı hansısa bir oxucununürəyincə olmayacaqsa, onda müəlliflə yanaşı, hava şəraitini də günahkar saysın…

Bax, bütün bu söylədikləriməslində günün mənzərəsini, günün ovqatını sərgiləmək üçün etdiyim manevrlər idi.Bilmirəm necə alındı, amma inanın ki, günün duran vaxtında, yəni təqriban saat12:00-da bilgisayar arxasına keçmək qəhrəmanlıqdı. Özü də şəraitin qüsurlu olduğuyerdə!.. Nə isə…

Hə, insana bütün hallarda mənəvi dəstək daha çox gərəkolur. Xüsusilə darıxanda, tıncıxanda, özünə yer tapa bilməyəndə, hətta danışmağahəvəsi, halı olmayanda belə göstərilən diqqət onu bir az özünə qaytarır. Özünə qayıdaninsan kimliyini də anlayır. Deməli, sözümün bu yerində mən də özümə və sənə qayıtmaq istəyirəm. Çünki özümə və sənə qayıdandabiz ən azından hardan hara gəlib hansı istək və arzuları sərgilədiyimizi xatırlayırıq.Xatirələr isə… Onlar barəsində hərənin öz fikri var. Mən isə demək istəyirəm ki:

Kədərinə şükr et

Hamıdan boldu səndə…

Damarına su qaçdı-

O xoşbəxt oldu səndə!..

Yazı, qışı bilmədi

Gözdən yaşı silmədi…

Demə yanlış ilmədi-

Yox, yaşıl yoldusəndə!..

Özünə bax, ona bax

Səsindəki tona bax…

Ay Əbülfət, sonabax-

Gör nələr soldu səndə?!

***

Adətən ilin bu vaxtlarındaşəhərdə bir seyrəklik var. Bunun bir səbəbi təhsil ocaqlarındakı tətildi. Digərsəbəbi isə şəhər əhlinin bağ evlərinə, şəhərdən kənara üz tutmasıdı. Ona görə dəşəhərdə müəyyən bir boşluq özünü büruzə verir. Adam şəhərə çıxanda elə hesab edir ki, yan-yörəsindəkiəvvəlki gurluq «buxarlanıb». İsti onları da sərinliyə, kölgəliyə çəkilməyə məcburedib. Həmin o «buxarlanma» məsələsi məndə nostalji hisslər oyadır. Yadıma bir vaxtlarmənim də üz tutduğum kəndim, dağlarım düşür. Nə qədər nostalji olsa da və bu nostaljihisslər müəyyən bir irad doğursa da, amma həqiqətən temperaturun at oynatdığı beləbir məqamda o kəndin, o dağların yeri görünür. Az qala dəli olmaq həddinə gəlib çatırsan. Çünki barmaqlarım buzkimi bulaqlar üçün, gözlərim yamyaşıl meşələr üçün, ayaqlarım çırmanıb girdiyimdağ çayları üçün təşnə olub. Və özünə də, həyatına da, dözümünə də üsyan etmək istəyirsən.Amma bunun da bir faydası yoxdu. Çünki etdiyin üsyan özünün özünə qarşı olduğundanod yenə səni yandırır, yenə sənin əlin vədizin göynəyir, yenə sənin ürəyin qan ağlayır. Amma…

Bəli, xatirələr əndoğma, ən etibarlı dost kimi öz sözünü deməyə, öz dünənini sənin gözlərin qarşısındacanlandırmağa israrlıdı. Həmin israr olunan dünən isə Kirsin, Ərgünəşn ətəklərindəyol gözləyir. Ordakı buz bulaqlar, orda bir-birinə sarmaşan dağ çayları axıb Köndələnə,ordan üzüaşağı Quruçay boyunca üz tutub gəlir. Mən isə onu ancaq xatırlayıram, onuancaq düşünürəm. Nə o bulaqlara əlim çatır, nə də o çaylara. Ən yaxşı halda Haramıdüzündən, ya da Horadiz şəhərinin baş yolunda dayanıb əlimi gözümə günlük edib odağlara tərəf boylanıram. Bax, budur mənim təsəllim… Bir vaxtlar isə təkcə özümyox, elim-obam yox, həm də Bakıdakı qələm dostlarım, könül sirdaşlarım da o çayların,o bulaqların, o meşələrin sərinliyində, gözəlliyində rahat anlar yaşayıblar. Nəyayın cırhacırından xəbərləri olub, nə də mənim kimi onlar da içərisində olduğumuzgözəlliyin fərqinə vara bilmişik. Görünür, itirəndən sonra qədrini bilmək, qiymətinivermək bizim xarakterik cəhətlərimizdən biridi. Hətta sağlığında qiymət vermədiyimizinsanlara ölümündən sonra heykəl qoyduğumuz kimi, indi itirdiyimiz yerlər kimi, xüsusilə nələriitirdiyimizi anladığım üçün daha çox göynəyirik, daha çox xatirələrə üz tuturuq.Xatirələr isə ən yaxşı halda bir anlıq özünüçəkilmən, özünə təsəllidi. Sonra isə yenə ağrılar, həsrətlər, nisgillər öz işinigörür, öz sözünü deyir…

Hər gün düşünmək,hər gün xatırlamaq mənim anlamıma görə, yaşatdığı kimi yaşatmaq istəyəni içdən əridir də, qocaldır da, kəsib doğrayır da.Mən hərdən öz-özümə düşünüb qərar verirəm ki, nostalji hisslərdən, duyğulardan uzaqdayanacam, uzaq gəzəcəm. Amma qarşılaşdığım, eşitdiyim sözlər, mənzərələr məni verdiyimqərarı pozmağa məcbur edir. Görürəm ki, onlarsız yaşaya bilmirəm. Həyatım, həttayazdığım yazılar da onlarsız dadsız-duzsuz olur, elə sənsiz də. Deməli:

Həsrətin gör necədidir içimi

Gəl öldür biryolluqbitir içimi…

Dünyanın üzündənitir içimi-

Çıxmayım qarşınasənin bir daha!..

Bulağın gözündənsuyumu qurut

Kəndir salladığımquyumu qurut…

Canımı pöşələ, boyumuqurut-

Çıxmayım qarşınasənin bir daha!..

Gözünü gözümlə yordumbilirəm

Özünü sözümlə yordumbilirəm…

Özünü özümlə yordumbilirəm-

Çıxmayım qarşınasənin bir daha!..

Hardasa günaham,hardasa savab

Qalıb ortalıqda sualsızcavab…

Elə et, nə olar özündənqabaq-

Çıxmayımqarşına sənin bir daha!..

***

Bütün yazı boyu təbiəti, havanın od-alov püskürməsini vurğulaya-vurğulayaxatirələrin ətəyindən əlimi üzmədim. Çalışdım ki, özümü o od-alovdan bir az da xatirələrinhesabına qoruyum. Gözümün önündə bir ilğım yaratdım. Düşündüm ki, indi bu yazınıyazdığım otaq elə həmin o kəndimin söykəndiyi dağın kölgəsindədi. Otaqda işləyənkondisioner də o dağın mehini, havasını səpib içəriyə və mən də o dağın kölgəsindəözümü hiss edərək bulağa tərəf əyilirəm… Amma az qala bilgisayara toxunanda hissedirəm ki, bütün bunlar ilğımdı… Gülməyin! Və bunu mənə irad tutmayın ki, hissəqapılıram, xəyal mənə güc gəlir, xatirələr məni əsir götürür! Bütün hallarda məndəfələrlə etiraf etdiym kimi dünənin adamıyam, dünənlə nəfəs alıram və sabaha daelə o dünəndən boylanıram…

Hər halda, bu yazdıqlarımı, bu düşüncələrimi nə böyük Yaradan, nə də sizlərgünaha yazmazsınız. Ən azından ona görə ki, bu yazıdakı hər söz, hər cümlə mənimürəyimin, yaddaşımın diqtəsidi, onların istəyidi. Mən bu istəyə və diqtəyə qarşıçıxmaq gücümü çoxdan itirmişəm…

Bəli, yayın bu istisində sizinlə həmsöhbət olub fikirlərimi bölüşdüyüm buanda sizin də istinin təsiri ilə hansı hallara düşdüyünüzü təxmin etməyə çalışdım.Özüm üçün bu barədə də bir nəticə əldə etdim. Yəqin ki, onu da nə vaxtsa bir yazıyaçevirəcəm. İndi isə…

İllərin ələyində

Əridi, getdi ömür

Bir ağrı bələyində-

Kiridi, getdi ömür!..

Əli ələ yetməmiş

Üzündən su getməmiş

Uşaqlığı bitməmiş-

Yeridi, getdi ömür!..

Yar dilin öyrənəndə

Özünə öyrədəndə

Sevgisin göyərdəndə-

Çürüdü getdi ömür!..

Hə, çalışın özünüzü və ömrünüzü yaxşı günlər üçün qoruyun. Axı, yaxşı günlərəümidimiz hələ çoxdu.


TƏQVİM / ARXİV