ANA SƏHİFƏ / ƏDƏBİYYAT

XOŞBƏXT OLSUNLAR

BABƏK YUSİFOĞLU

183872    |   2015-07-07 14:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir müddət bundan öncə xəbər yayılmışdı ki, Keniyadan, yəni Birləşmiş Ştatların prezidenti Barak Obamanın vətənindən Feliks Kiprano adlı bir gənc Ağ Ev şefinin böyqk qızı Maliyayla evlənmək istəyir. Özü də heç kim bunu elə belə zarafat-zad hesab eləməsin. Çünki Feliks bunu çox ciddi şəkildə bəyan eləmişdi, hətta başlıq parası üçün qızın atasına – Obamaya  50 baş inək, 70 baş qoyun və 30 baş keçi verəcəyinə and içmişdi. Və bilmirəm nə məsələ ididsə daşdan-qayadan səs çıxdı, Barakdan bir səs çıxmadı. Deyilənə görə, Obama həmin təklifə «protiv»  deyilmiş.

Amma indi deyəsən vəziyyət tamam dəyişib. Verilən xəbərlərdən belə görünür ki, qızın məsələsi  keçib arxa plana, indi Obamanın özünə elçi düşüblər. Bəli, heç kim təəccüblənməsin, o, ABŞ-ın bütün əyalətlərində homoseksual evliliyi qanuniləşdirən qərarı alqışladıqdan, hətta «sevgi azaddı» (anspress.com) messajını verdikdən sonra ona olan sevgilərin yolları  əməlli-başlı açılıb. Sən demə, Obamaya məhəbbətlərini ürəklərində gizlədənlər varmış.

Neyləsinlər, adam ABŞ kimi super-dövlətin prezidentidir. Ərə getmək təklifi almaq birdən xoşuna gəlmədisə, onda eşşək gətir, mərəkə yüklə. Həmin təklifi verənin başına olmazın müsibətlərini gətirməzmi? Nə isə mətləbdən uzaq düşməyək…

Sevginin azad oilduğunu elan etdikdən sonra Afrikada Zimbabvenin 91 yaşlı prezidenti Robert Muqabe  kimsəyə aman vermədən o dəqiqə prezident Barak Obamaya evlilik təklif edəcəyini dilə gətirib. Və bunu hər kəs bilsin deyə  radio proqramlarının birində söyləyib. O açıq şəkildə bildirib: «Bir az əvvəl qərar verdim. Homoseksualların haqlarını müdafiə etdiyinə və cazibədar görünüşü olduğuna görə ABŞ-ın paytaxtı Vaşinqtona gedəcəyəm və qarşısında diz çöküb Obamaya evlənmə təklif edəcəyəm».

Öz aramızdı,  Obamaya bundan artıq nə lazımdı ki? O, dağ boyda kişinin, milyonların sahibi, Zimbabve kimi bir ölkənin şefi olan bir adamın dizini yerə qoyaraq belə romantik evlilik təklifini necə rədd eləyə bilər? Məncə heç cür. Özü də o boyda ağsaqqal prezident ondan ötrü durub Vaşinqtona  gedəcəyinə də söz verir.

Onsuz da bundan sonra istəsə də, istəməsə də Barakı işdən çıxaracaqlar, o da Corc Buş kimi ora-bura düşüb özünə bir iş axtaracaqdı. Mən demirəm, siz deyin, Muqabenin təklifini qəbul edəndən sonra o işi-zadı neyləyir?

Bilirəm bəziləri inanmayacaqlar ki, belə bir şey hüquqi cəhətdən baş tuta bilməz, çünki Obamanın Mişel xanımla «ZAQS»ı var. Amma bu əngəl boş şeydi. Çünki onsuz da onlar yola getmirdilər. Ayrılmağa hazırlaşırdılar. Boşanandan sonra kim ona deyə bilər ki, Muqabeyə niyə razılıq veribsən? 

İndi «xoşbəxt olsunlar» deyib, «ailə səadəti» arzulamaqdan başqa nə deyə bilərik ki? Onun da xoşbəxt olma haqqı var, ya yox? Bu adam prezident seçiləndən sonra daha başına gəlməyən qalmayıb. İş o yerə çatıb ki, heç özü də bilmir ki, neyləyir. Bombaları müsəlmanların başına tökəndən iki gün sonra televiziyaya çıxıb müsəlmanları Qurban bayramını təbrik eləyib onlara can sağlığı arzulayırdı. Uşaqlı-böyqklü İraqda bir milyon yarım insanı qırsa da Amerikada heyvanların müdafə hərəkatlarını dəstəkləyirdi. Azərbaycana – bizim strateji tətəfdaşımızdı –  deyib, pulları militarist ermənilərə göndərirdi… Nə bilim ey, belə deyiləsi bir yeri qalmamışdı. Elə ən yaxşısı onun yeri Muqabenin sarayıdı…      

[email protected]

babekyusifoglu.blogspot.com

      



İmza:
SON XƏBƏRLƏR
2017-08-17


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Üç dəli dəlixanadan qaçır. Şəhərdə avaralanıb gəzirlər. Polisin onları axtardığını görüb gizlənməyə yer axtarırlar. Biri cibindən iynə çıxarır, iynənin arxasında gizlənirlər. Polislər bunları tutub dəlixanaya aparır. Dəlilərdən biri:
- Görəsən bizi necə gördülər?
O biri dəli:
- Yəqin iynənin deşiyindən görüblər.




digər lətifələr
ARXİV
FACEBOOK