adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Iyul 2015 13:23
1799
HADİSƏ
A- A+

Bakıda bacı-qardaş itkin düşüb

Bakıda 49 yaşlı kişi övladlarının itkin düşməsi barədə polis ərizə ilə müraciət edib.

Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Halay Ramazan oğlu Məşədiyev polisə ərizə ilə müraciət edərək bildirib ki, qızı 1996-cı il təvəllüdlü Aytən iyunun 26-da, oğlu 15 yaşlı Eltac isə iyunun 30-da yaşadıqları ikinci Alatava 76 M ünvanından çıxaraq bir daha geri qayıtmayıblar.

Hazırda polis ərizə üzrə araşdırma aparır.